“Direktor Afaq Əliyeva bir dəfə də olsun məktəbə gəlməyən şagirdə məcburi qiymət yazdırır” - ŞİKAYƏT

“Direktor Afaq Əliyeva bir dəfə də olsun məktəbə gəlməyən şagirdə məcburi qiymət yazdırır” - ŞİKAYƏT

201 №-li orta məktəbin direktoru Əliyeva Afaq Asif qızı barəsində Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Övladı həmin təhsil ocağında oxuyan şikayətçi Məmmədova Miranə Gəray qızı iddia edir ki, bu məktəbdə özbaşınalıq hökm sürür.
“Mən, Məmmədova Miranə Gəray qızı, sizdən xahiş edirəm ki, 210 nömrəli məktəbdə olan problemləri işıqlandırasınız.
Belə ki, məktəbdə direktor tərəfindən tapşırılmış uşaqlara qiymət yazılır. Yəni, bir dəfə də olsun məktəbə gəlməyən şagirdlərə müəllimlər tərəfindən məcburi qiymət yazdırır. Bir valideyn kimi mənə çox maraqlıdır, hansı maraqlara görə direktor bu qədər əziyyət çəkir?
Əlimizdə olan məlumata görə, direktor bu cür qanunsuz əməllərinə etiraz edən müavinini işdən çıxarmaq üçün ona töhmət verib. Direktor əlindən gələni edir ki, öz oyunları açılmasın.
Mən bilirəm ki, belə direktorlar çox təəssüf, az deyil. Bəs, Təhsil Nazirliyi hara baxır?! Şikayət edirik, “önəmsizdir” deyib dəstəyi üstünə qoyurlar. Belə iş olar, nəyə görə uşaqlar arasında ayrı-seçkilik yaradırlar?!

Afaq Əliyeva
Hörmətli redaksiya, xahiş edirəm, mənim səsimi yuxarılara çatdırın. Direktorun gəlməyən uşaqlara qiymət yazdırdığı haqda videonu da yazıya əlavə etməyinizi xahiş edirəm”.
 
Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 19-09-2023, 23:53
Xəbəri paylaş





Xəbər lenti