BELƏ XİDMƏT OLMUR... - GİLEY


 "Mənim "KapitalBank"dan - "Bir bank kart"ından şikayətim var". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra yazır: "Bir neçə ay bundan əvvəl Elmlər metrostansiyasının çıxışı Kapital Bankın səyyar xidmət göstərən əməkdaşından, şəxsiyyət vəsiqəmi təqdim edib,1 Bank kartı aldım. Nəzərinizə çatdırmaq istərdim ki, həmin vaxtdan bir neçə dəfə kartıma mədaxil də olub, kartdan bankomat vasitəsilə pul da çıxarılıb alış veriş məqsədilə ödənişlər də etmişəm.
19.09.2023 tarixi saat 16:36'da kartıma 200 azn məbləğ göndərilmişdir. Bu məbləğdən Bolt tətbiqində yaranmış max 10 azn borc avtomatik olaraq kartdakı məbləğdən çıxılmışdır. 20.09.2023 tarixində hesabdakı məbləği kartdan çıxarmaq məqsədilə bankomata yaxınlaşdıqda məbləğin - 99 Azn olduğunu aşkar etdim, hansı ki, qalan məbləğ 190 Azn olmalı idi. Bu problemlə bağlı Kapital Bankın 196 nömrəsi ilə əlaqə saxladım, operator mənə bildirdi ki sabah filiallarımızdan birinə yaxınlaşın məsələniz həll ediləcək, hansı ki kart adınıza təsdiq edilmədiyi üçün bu problemlə üzləşmisiniz. 21.09.23 tarixində Zəfər Filialına yaxınlaşdığımda, vəsiqəmlə müraciətimə əsasən bildirildi ki, "bu kart kimsənin adına deyil" , "bu səbəbə görə də sizin itirdiyiniz məbləği geri qaytarmaq mümkün olmayacaq, eyni zamanda qalan 99 azn məbləği də nağdlaşdıra bilməyəcəksiniz, sadəcə terminalla ödənişlər edə bilərsiniz".
Hörmətli #MərkəziBank, sizdən xahiş edirəm, mənim itirilmiş 90 AZN məbləğimin geri qaytarılmasını təmin edəsiniz. Bu məbləğin göndərilmiş qəbzi də varsa, ən əsas da mən ilk əvvəl kartı əldə etdikdə bankın səyyar xidmətindən yararlanıramsa, daha sonra təsdiq üçün harasa üz tutmalı olacağamsa burada vətəndaşların rahatlığını təmin etməkdən söz gedə bilərmi ?! İtirilmiş məbləğimin hara yoxa çıxdığı barədə kimsə məlumat vermir, mənə balansda qalan məbləğdən başqa məbləğ gözləməyimin əsassız olduğunu bildirdilər. Kapital Bankın 196,və filial xidmətlərindən bu məsələ ilə bağlı yetərli dəstək göstərmədikləri üçün şikayətçi olduğumu bildirmək istəyirəm".

İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 22-09-2023, 22:51
Xəbəri paylaş





Xəbər lenti