Fəlsəfə elmləri doktorunun mülkiyyətini kim mənimsəyib- HAQSIZLIQ


Giyaslı Group MMC  AR Konstitutsiyasını və AR MM -nin qanun maddələrini saya saymayaraq mənim və bacımın mülkiyyıtinin əvəzini verməmək üçün saxta müqavilələr tərtib edib. Məsələni Reaksiya tv kanalında, teref az.saytı və digər sayt və   TV-lərdə işıqlandırmışam..
Nərimanov rayon məhkəməsi milyonçu, müxtəlif adlarla vətəndaşları aldadan bu şirkətlə əlbirdir. 4 aydır ki, sadə bir məsələyı-  müqavilə ləğvi işinə baxıb qurtarmırlar. Müqavilə natariusda təsdiqlənməyib. Müqavilədəki müddıalar yalan və uydurmadır. Müqavilədəki imzalar mını aid deyil.Müqavilədə direktor imzası olam şəxsi 3 ay yarım sonra görmüşəm. Mən onunla oturub müqavilə bağlamamışam. Müqavilənin 2-ci mülkiyyətçisi Bacım Sevinc Quliyeva ilə heç saxta müqavilədə yoxdur.
Bizim 3 hissəli təmirli 100 kv.m.dən çox həcmdə obyektimizin əvəzinə bizə saxta müqavilədə 2 otaqlı təmirsiz mənzil verəcəklərini yazıblar. Onlar mənzilin 1 kv.m.1700ə, obyektin kv.m.6000 manqtq satırlar. Məhz buna görə oturub müqavilə bağlamayıblar və mənim əvəzimdən imzalayıblar.
AR Ədliyyə nazirliyi nəzdində Məhkəmə Ekspertiza Mərkəzində öz vəsadətim əsasında imzamın ekspertizasındq iştirakıma mane olunması məqsədi ilə məktubumu göndərmir məhkəmə. Əslində  iddiaçı mənəm və vəsatəti mən 7ddia ərizəmdəki müqaviləyə əsasən vermişəm. Gedişata hakiim qarşı yərəfon uxuzduğunu görüb, 2-ci saxta müqavilə gətirtdirdi və oradakı imzalar da mənim deyil. Ancaq mən hakimin, ondan əvvəl Nizami rayon prokurorluğunun baş müstəntiqinin omzaların mənə aid olduğu barədə rəy almaq istədiklərini görüb, işə mahiyyıti üzrə baxılmasını istədim.Öz vəkilimiz mənə imzalarımı məcburi surətdə çəkdirdi. Dedim hakimə göstərib verməyəcəyəm, bunu eşidən kimi  vərəqləri əlimdən alib məhkəmə katibinə verdi. Hkim mehriban əfəndizadə də fasilə vermişdi. Eləki, vərəqlər məndən alındı,zala girib, qərardadı oxufu...
Mən Teref.az və digər saytlarda MEM rəisinə müraciət etmişəm ki, onlar pulları ilə rəyçini ələ almasaydılar məni vəsayətimdən geri çəkilməyimə imkan verərdilər. 
Beləcə, rəhbərliyi DİN işçiləri olan Giyaslı Group MMC  bizim mülkiyyətimizi hakim Mehribqn Əfəndizadənin əli ilə mənimsəmək üzrədir. MHŞ sədri İman Kərimova da media ilə müraciət etmişəm.Heç kim reaksiya vermir. Bu şirkət Hamını pulu ilə ələ alıb.2 qadının min əziyyətlə,- banklardan kredit götürüb təmir etdiyi obyektin əvəzinə 2 otaqlı təmirsiz mənzil vermək 400-500 min manatın mənimsənilməsi ,Azərbaycqn konsitutsiyasını taptalamaq deməkdir.
Hakim, dələduzluqda ad çıxarmış Bu şirkət rəhbərlərri 40 ilin alimini, həm də əsl mənada xalqın təfəkkürünə gecə-gündüz çalışıb fayda verən alimi, üstəlik 2-ci qrup əlil ziyalı qadını intihar həddinə gətiriblər. Gücüm məsələni ictimailəşdirməyə çatır.
Xahiş edirəm, bizə kömək edin.
Hörmətlə Xatirə Quliyeva
Fəlsəfə elmləri doktoru.
Siam.az
Tarix: 23-09-2023, 13:15
Xəbəri paylaş





Xəbər lenti