LotoreYANIN DA HƏR İKİSİNƏ LƏNƏT: millisinə də, əcnəbisinə də... - HƏQİQƏTƏN DƏ...

LotoreYANIN DA HƏR İKİSİNƏ LƏNƏT: millisinə də, əcnəbisinə də...
Qumarın hər üzü təhlükədir əslində, amma betərdən də betəri var... Bu da faktdır. Məsələn, biz neçə müddətdir ki. rəsmi səviyyədə himayə olunan DÖVLƏT QUMARBAZLIĞI kimi təqdim etdiyimiz "Azərlotoreya" yerli qumar şəbəkəsi olduğundan daha az təhlükəlisi hesab olunur. Hər halda, belə düşünənlər var. Amma əslində ilanın hər ikisinə lənət, deyib babalarımız: AĞINA DA, QARASINA DA... Elə lotoreYANIN DA HƏR İKİSİNƏ LƏNƏT: millisinə də, əcnəbisinə də... Biz bu dəfə DİA.AZ olaraq əcnəbi qumar şəbəkəsinin qurbanlarından danışacağıq.

LotoreYANIN DA HƏR İKİSİNƏ LƏNƏT: millisinə də, əcnəbisinə də...

Qeyd edək ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb və aydın olur ki, külli miqdarda əcnəbi qumar şəbəkəsindən pul udan vətəndaşımızın mükafatını ala bilmir. Və bu zaman mükafatını tələb etmək üçün əlində qanuni rıçaqlar da olmadığından çarəsiz durumda qalıb.

DİA.AZ sosial şəbəkələrdə paylaşılan məlumatı təqdim edir:

"Bir neçə gün qabaq yazmışdım ki, Mosbet, 1xbet kimi qanunsuz mərc saytları böyük uduşları vermirlər, fırıldaqçılıq edirlər. Yenə haqlı çıxdım. İndi gördüm ki, fb dostluğumda olan bir nəfər Mostbetdə 156 min udub və pulunu ödəmirlər. O da necə etsin, bilmir. Çünki bu saytlar qanunsuz fəaliyyət göstərir. Sözünüzü deməyə yeriniz yoxdur. Blok elədilərsə baxa-baxa qalırsınız. Bu fırıldaqda onları reklam edən Nəriman Abbasov kimi idmançılar, telegram kanalları, bloggerlər də günahkardırlar və cinayət məsuliyyəti daşıyırlar. Dövlət qurumları bunları nəzarətə götürməlidir! Pul alıb fırıldağı təbliğ edirlər. Camaatı aldadan azmış kimi bir də bunlar ortaya çıxıb. Ölkədə qanuni saytlar var. Belə marağınız varsa, öz saytlarımızda oynayın, udun, pulunuzu da alın. Belə fırıldaqçılara inanmayın!.."

Hər halda, biz dia.az olaraq bir daha ətkrarlayırıq: lotoreYANIN DA HƏR İKİSİNƏ LƏNƏT: millisinə də, əcnəbisinə də... Guya "Azərlotoreya" olosaydı, yaxşı idi... Bunlar heç olmasa, qələbəni tanıyırlar... vəsaitini vermsələr belə... "Azərlotoreya"da isə qalib gəlmən imkansızdır...

Məsələ diqqətimizdədir. SIAM.AZ olaraq bütün maraqlı qurum və şəxsləri dinləməyə hazırıq...
Tarix: 26-09-2023, 09:25
Xəbəri paylaş





Xəbər lenti