“Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir




“Nar” yenilənmiş brend konsepsiyasını təqdim etdi. Brendin yeni yanaşmasının əsasında 
müştəriyönümlülük,  sərfəlilik və əlçatanlıq prinsiplərini müştərilərə daha da yaxın etmək dayanır. 
Bu konsepsiya  "Sənə ən yaxın" şüarını və canlı yeni rəng palitrasını təqdim edir.
“Nar”ın müştəri mərkəzli yanaşmasını vurğulayan "Sənə ən yaxın" şüarı mobil operatorun dəyərli 
abunəçilərə olan bağlılığını ifadə edir.  Yeni rəng çaları-yaşılın təravətləndirici tonu isə müsbət 
dəyişikliklər, şəffaflıq və əlçatanlığa sadiqliyi əks etdirir.
Müştəriləriyönümlü mobil operator olan “Nar” “Sizə ən yaxın” prinsipini rəhbər tutaraq hər bir 
fərdi müştərinin unikal ehtiyaclarını qarşılamağa həmişə hazır olan etibarlı tərəfdaşdır. Müştəri 
mərkəzli bu yanaşma “Nar”ın əlçatanlıq, sərfəli qiymət və unikal mobil təcrübə axtaranlar üçün 
əsas provayder olaraq qalmasını təmin etmək öhdəliyinin göstəricisidir.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. 
“Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil 
operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Tarix: 29-09-2023, 11:30
Xəbəri paylaş





Xəbər lenti