"Birdən səhvən yolunuzu burdan salarsınız..." - GİLEY

"Birdən səhvən yolunuzu burdan salarsınız..."
"Şikayətim “Ağ şəhər”də yerləşən "Kitchen Plus" restoranındandır". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Pakizə İsayeva adlı istifadəçigiley edir. Narazı vətəndaş daha sonra yazır:

"Birdən səhvən yolunuzu burdan salarsınız..."

"Birdən səhvən oranın “səhər yeməyi” nə gedib, mənim kimi ümidlərinizi puç edersiniz. "Instagram" səhifələrindəki “Limitsiz achiq bufet seher yemeyi” menyusunun bolluğunu və bəyəndiyim təamların olduğunu görüb , həftəiçi ora üz tutdum. Ancaq limitli , demək olar boş vitrinlərlə rastlaşdım. Ofisiantlardan vitrinlərin niyə demək olar boş olduğunu soruşduqda, mənə “o bol vitrin həftə
sonu olur” deyə cavab verdilər. Düşündüm yəqin qiymət də həftə içi və həftə sonu fərqli olar. Vitrində olan zoğallardan , xiyarlardan və kubik şəklində kəsilmiş pendirdən başqa bir şey olmadığına görə, qabıma yığıb yerimə əyləşmişdim ki, gördüm yanımdakı masaya ofisiant ”səhər menyu seti” gətirdi. Hansıkı vitrində olmayan гренки (yumurtalı çörək), оладушки, сырники … Ofisiantdan sorushdum bu setin qiyməti neçəyədir ? Dedi 1 adam 13 manat. Dedim bəs vitrində açıq bufet dediyiniz neçəyədir? Dedi 1 adam 15 manat. Dedim mən restorana daxil olanda dedim 1 nəfər olacam. Nə mənə bu set menyu təklif edilmədi, nə də vitrində bir şey tapmadım yeməyə. Dedi bir dəqiqəyə sizə yaxınlaşacam. Getdi və gəlmədi. Digər ofisiant isə gəlib mənə pomidor yumurta , omlet ve sucukdan hansı birini istəyirsiz? Birini gətirə bilərəm dedi. Pomidor- yumurtanı seçib hesabımı istədim. Mənə “açıq limitsiz səhər yeməyi-15 manat” yazılan çek gətirildi. Bunların heç birin yemədim axı, pomidor- yumurtadan başqa - deyəndə. Getdi, onunla- bununla xeyli danışıqlar aparandan sonra 8 manatlıq çek gətirdi . Ödədim çıxdım . Yani o bol vitrinli intagram reklamlarına aldanıb , gedib boş mənzərə ilə qarşılaşmayın mənim kimi".

İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 2-10-2023, 09:32
Xəbəri paylaş





Xəbər lenti