Aktrisa Zarina Qurbanova atasının HƏBS XƏBƏRİNDƏN DANIŞDI

Aktrisa Zarina Qurbanova atasının
Tanınmış aktrisa Zarina Qurbanova atası Şahid Qurbanovun həbs edilməsi ilə bağlı xəbərlərlə münasibət bildirib.

Siam.az-ın məlumaına görə, aktrisa Prvada.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar yanlışdır.

O, atasının hazırda azadlıqda olub-olmadığı barədə suala isə belə cavab verib: “Əlbəttə, yanlış məlumatdır, sadəcə bunu deyə bilərəm...”

Qeyd: Mətbuatda "Sosial Adaptasiyanın İnkişafına Yardım" İctmai Birliyinin sədri Şahid Qurbanovun həbs olunması, barəsində Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittihamı irəli sürülməsi, çoxsaylı vətəndaşların etibarından sui-istifadə edərək onlara müxtəlif vədlər verməsi, küllü miqdarda pul vəsaiti ələ keçirməsi haqda məlumatlar yayılıb.

Xatırlatma: Bir müddət əvvəl Baku TV-də yayımlanan “Qapqara” verilişində qonaq olan aktrisa Z.Qurbanova atasına qəlbən küs olduğunu, “atam olub, amma olmayıb, atalığı ancaq anamda görmüşəm...” sözlərini deyib.
Tarix: 6-10-2023, 14:18
Xəbəri paylaş





Xəbər lenti