"Köçüb gedən ermənilərə yazığı gələn azərbaycanlı varsa, onların yanına gedə bilərlər" - MÜBARİZ GÖYÜŞLÜ

"Vətəndaşlığımıza müraciət edən erməniləri diqqətlə yoxlamaq, sonra bu hüququ vermək lazımdır, ayıq-sayıq olmalıyıq ki, bir daha belə problemlərlə qarşılaşmayaq"
""Dinc erməni" anlayışına şübhə etməkdəyəm. Azərbaycan dilində "Allah haqqı" deyən qoca erməni də terrorist çıxırsa, biz necə "dinc erməni" anlayışına inanaq? Köçüb gedən ermənilərə yazığı gələn azərbaycanlı varsa, o da onların yanına gedə bilər". Hurriyyet.az xəbər verir ki, bunu Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Laçın sərhəd buraxılış məntəqəsinin hələ işlədiyini vurğulayan siyasi şərhçi qeyd edib ki, humanist olduq və bu durumlara gəlib çıxdıq: "Bundan sonra Azərbaycan Respublikasının suverenliyinə qarşı hər hansı kiçik hərəkət ən amansız cəza ilə cəzalandırılmalıdır. Vətəndaşlığımıza müraciət edən erməniləri də diqqətlə yoxlamaq, sonra bu hüququ vermək lazımdır. Vətəndaşlığımızı alanları da diqqət altında saxlamalıyıq. Bir sözlə, ayıq-sayıq olmalıyıq ki, bir daha belə problemlərlə qarşılaşmayaq".
Tarix: 6-10-2023, 14:48
Xəbəri paylaş





Xəbər lenti