QARABAĞ QAZİSİNİN ƏLİLLİK PENSİYASI QANUNSUZ OLARAQ DAYANDIRILIB – Prezidentə müraciət


II qrup Qarabağ əlili, məhkum Cabbarov Elşən Mürsəl oğlunun qanuni nümayəndəsi Cabbarov Mürsəl Elşən oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Möhtərəm Prezident! Sizə təcili müraciət etməyimə əsas səbəb atam, 2-ci qrup Qarabağ Qazisi Elşən Cabbarovun əlillik pensiyasının haqsız formada dayandırılması olmuşdur. Sizdən xahiş edirəm ərizəmin məzmununu sonuna qədər oxuyasınız.
Atam 2-ci qrup Qarabağ Qazisi Elşən Cabbarov TSEK-in sonuncu müayinə aktına görə əlillik pensiyası üçün imtina statusu vermişdilər. Atamın xəstəliyi ilə bağlı üç (3) diaqnozdan ikisi (2) imtina edilmiş, yanlız biri (1) təsdiqlənmişdir.
Səbəbsiz imtina səbəbləri haqqında aşağıda məlumatları qeyd edib, açıqlaması barədə məlumatları qeyd edirəm:
1. Birinci Diaqnoz: Üzvi mənşəli kəllə beyin zədəsi,
Birinci Diaqnoz üçün İmtina SəbəbiDövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Xəstənin adına sürücülük vəsiqəsi var və aktivdir.
Açıqlama 1. Atamın sənədlərinin natamam doldurulması qeyri-mümkündür. 2018-ci ildə həbs olunduqdan sonra noyabr ayında Maştağa xəstəxanasında komissiyadan keçmiş, 2021-ci il iyul və 2022-ci il iyul aylarında Penitensiar Xidmətin Müalicə Müəssisəsində ƏƏSMN həkim ekpertləri tərəfindən yoxlanılmış və əlillik meyarlarının uyğun olduğunu bildirmişdilər.
Açıqlama 2. Atamın sürücülük vəsiqəsini 2009-cu ildə almışdır. Ondan sonra 2009, 2012 və 2016-cı illərdə azadlığı olduğu zaman komissiyalardan keçmişdir. 2019-cu ildə sürücülük vəsiqəsi bitmişdir (Şəxsiyyət vəsiqəsi ilə sistemə nəzər sala bilərsiniz). Atamın sürücülük vəsiqəsinin bitmə tarixindən üç (3) il keçmişdir. Sürücülük vəsiqəsi necə aktiv ola bilər? Əgər sürücülük vəsiqəsi olduğuna görə 1-ci diaqnoz təyin olunmurdusa necə oldu bundan öncəki komissiyalardan keçirdi? Bunu niyə öncədən TSEK atama bildirməmişdir?

2. İkinci Diaqnoz: Şəxsiyyət pozuntusu tez tez dekompensasiyalarla.
İkinci Diaqnoz üçün İmtina SəbəbiSəhiyyə müəssisəsi (poliklinika) tərəfindən verilmiş göndərişlərin qəbulu zamanı xəta baş verdi. Göndərişin mərkəzi rayon (şəhər) xəstəxanaları tərəfindən e-sistemə daxil edilməsi tövsiyə olunur.
Açıqlama. Atam 2018-ci ildən etibarın həbsxanadadır və hal-hazırda 15 saylı cəzaçəkmə müəssəsində cəza çəkir. Atam həbsxanada olarkən necə mərkəzi rayon (şəhər) xəstəxanalarına gedib sənədlərini e-sistemə daxil etməsi üçün müraciət edə bilər? Bu sənədlərin hamısı Penitensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən sistemə yüklənmişdir. Atamın əlilliyini yoxlanılmasını Penitensiar Xidmətin Müalicə Müəssisəsi həkimləri və ƏƏSMN həkim ekspertlərinin birgə iştirakı ilə 2022-ci ildə həyata keçirilmişdir. 13.09.2023-cü ildə TSEK həkim ekspertlərinin yoxlanışı ilə həkim ekspertlər atama bildirmişlərki, səhhətin çox ağırdır, intihara meyillilik var və qoyulan diaqnozlar öz əksini tapıb.
Cənab İlham Əliyev!
Atamın tabeliyində dörd (4) övladı var. Onlardan ikisi (2) tələbə və biri (1) şagirddir. Atamın əlillik pensiyasının səbəbsiz imtinlara görə 2 ildir ki, maddi çətinliklərdən əziyyətlər çəkirik. İmtina səbəbini bugün atama bildirəndə bizimlə son danışığı olduğunu və bizim maddi imkansızlıqdan və az gəlirimizin olduğuna görə və ən əsası bu haqsızlığa görə artıq bir neçə günə intihar edəcəyini bizə bildirdi. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu məsələni nəzarətə götürüb, doğru, ədalətli və şəffaf formada prosesin icra olunması üçün göstəriş verəsiniz”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 11-10-2023, 14:37
Xəbəri paylaş





Xəbər lenti