`Azərlotoreya` jurnalistlərlə BELƏ MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...



" "Azerlotereya"nın maraqlı PR mexanizmi var: jurnalistləri çağırıblar bu gün (dünən -red.) tədbirə, sonra da deyiblər ki, bu tədbiri kim yaxşı PR eləsə, gələn tədbirə onu da çağıracağıq..." DİA.AZ bildirir ki, əslində BİABIRÇILIQ olan bu faktı ttanınmış jurnalist Həbibə Abdulla paylaşıb.

"Azərlotoreya"nın bu PR üsulunun əslində jurnalistlərə qarşı TƏHQİR olduğuna işarə edən H.Abdulla daha sonra bildirir:

"Sizi bilmirəm, iri şirkətlərin belə xırda hərəkətləri məni yaman hirsləndirir.

Deməli, jurnalistin peşəkarlığı, araşdırmaq, yazmaq bacarığı yox, PR etmək bacarığı əsas götürülür.

Daha onda camaatı niyə işindən-gücündən edirsiz ki? Çağırın blogerləri... sizi reklam eləsinlər də...

Yoxsa bu tədbirləri üzünüzə ələk kimi tutursuz?!"
 DİA.AZ 

Məsələ ilə bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 13-10-2023, 09:57
Xəbəri paylaş





Xəbər lenti