"`Azərlotereya` fəhlə bazarına obyektini qurub, qara fəhlələri soyur" - FAKT BUDUR!


Dünən tanınmış jurnalist Həbibə Abdullanın ölkənin əsas RƏSMİ QUMAR ŞƏBƏKƏSİ olan "Azərlotoreya"nın bir tədbiri haqda qeudlərini diqqətinizə təqdim etmişdik. Qeyd edək ki, bu reaksiya sosial şəbəkələrdə geniş rezonansa nədən olub. Əslində burada başlıca səbəb - yəni geniş müzakirə nədəni kimi "Azərlotoreya"nın son zamanlar ÜMUMMİLLİ BƏLAYA çevrilməsi, əhalinin kasıb təbəqəsini hədəfləyərək onların sosial durumunu daha da ağırlaşdırması niyyəti çıxış etməkdədir.

Aktual olduğunu nəzərə alara H.Abdullanın reaksiyasını yenidən təqdim edirik: "`Azerlotereya`nın maraqlı PR mexanizmi var: jurnalistləri çağırıblar bu gün (srağagün -red.) tədbirə, sonra da deyiblər ki, bu tədbiri kim yaxşı PR eləsə, gələn tədbirə onu da çağıracağıq. Sizi bilmirəm, iri şirkətlərin belə xırda hərəkətləri məni yaman hirsləndirir. Deməli, jurnalistin peşəkarlığı, araşdırmaq, yazmaq bacarığı yox, PR etmək bacarığı əsas götürülür. Daha onda camaatı niyə işindən-gücündən edirsiz ki? Çağırın blogerləri sizi reklam eləsinlər da. Yoxsa bu tədbirləri üzünüzə ələk kimi tutursuz?!"

Qeyd edək ki, digər jurnalistlər də bu hadisəyə sərt reaksiyalarını veriblər. DİA.AZ olaraq onlardan bəzilərini təqdim edirik. Məsələn, tanınmış jurnalist Rasim İsmayılov belə şərh verib: "Jurnalist qayıdıb onu qəşəngcə mələtsin, gör, necə çağırır..."

Digər jurnalist Məğrur Salmanov isə əlavə ittiham səsləndirib: "`Azərlotereya` fəhlə bazarına obyektini qurub, qara fəhlələri də soyur. Hara gəldi köşklərini qoyurlar. Deyirlər ki, biz heç kimi məcbur etmirik. Sən lotoreyanı camaatın gözünün içinə soxanda, alacaq da..."

***

DİA.AZ

İddia olunanlarla bağlı Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 14-10-2023, 12:08
Xəbəri paylaş





Xəbər lenti