"Vətəndaş əlavə ödənişlər olmadan avtomobilinə nömrə almaq istəyir, Afiyəddin Leysanovun müavini dedi ki, onun üçün yaxşı olmayacaq"


"Şikayətimlə əlaqədar AR DİN BDYP-nin qeydiyyat imtahan idarəsində oldum. Şikayətin məzmunu belə idi ki, vətəndaş əlavə ödənişlər olmadan avtomobilinə dövlət qeydiyyat nişanı almaq istəyir".

Bunu tanınmış vəkil Elçin Sadıqov bildirib.

"Məni Afiyəddin Leysanovun xüsusi tapşırıqlar üzrə müavini qəbul etdi. Bildirdi ki, Afiyəddin müəllim deyir ki, bu sahədə vətəndaşlara hüquqi yardım göstərməsin, əks halda onun üçün (məni nəzərdə tutur) yaxşı olmayacaq", - E.Sadıqov bildirib.
Tarix: 14-10-2023, 14:29
Xəbəri paylaş





Xəbər lenti