“Belə çıxır ki, ölkənin bütün dindarları narkotacir imiş?”


Oktyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində inanclı Bəxtiyar Babaşova hökm oxunub.
Yeniavaz.com
“Toplum TV”yə istinadla xəbər verir ki, o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bəxtiyar Babaşov satış məqsədilə külli miqdarda narkotik əldə etməkdə təqsirli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə ittiham irəli sürülmüşdü.
Hakim hökmü elan etməmişdən əvvəl Bəxtiyar Babaşov son söz deyib:
“5 min dindarı tutub narkotik ittihamıyla salıblar içəri. Belə çıxır ki, ölkənin bütün dindarları narkotacir imiş? Mən həmişə insanları narkotikdən uzaq dayanmağa çağırmışam. İbadətlə məşğul olan adamam. Narkotik ittihamı mənim adıma yapışmır. Mənə psixoloji təsirləri göstərib, istədiklərinə qol çəkdiriblər. Düşünmüşəm ki, məhkəmə ən ali orqandır, gedib orda sözümü deyəcəm”, - təqsirləndirilən şəxs vurğulayıb.
Hakim qısa müşavirədən sonra hökmü elan edib. Məlum olub ki, 234.4.3 Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə) maddəsinə tövsif edilib.
Bəxtiyar Abbasovun vəkili Zibeydə Sadıqova bildirib ki, məhkəmə hökmündən apellyasiya şikayəti veriləcək.
Tarix: 19-10-2023, 00:22
Xəbəri paylaş





Xəbər lenti