AZAL 40 sərnişinin çantalarını Sankt-Peterburqa niyə göndərilmədi


Azərbaycan Hava Yollarının (AZAL) oktyabrın 22-də saat 19:10-da təşkil etdiyi Gəncə-Sankt-Peterburq reysində problem yaşanıb. Belə ki, sosial şəbəkələrdə Tural Bayramalıyev adlı sərnişin ünvanladığı şikayətdə bildirib ki, təyyarədə 40 sərnişinin çantaları Sankt-Peterburqa aparılmayıb. Buna səbəb bir sərnişinin bütün baqajı alması və onun yükləri ilə yüklənməsi olub. Digər sərnişinlərin çantalarını isə AZAL baqajda yer olmadığından hava limanında saxlayıb. Bu prosesdən müştərilər yalnız təyinat nöqtəsinə çatanda xəbər tutublar. T.Bayramalıyevin sözlərinə görə, sərnişinlərə ərizə də yazdırılıb ki, onların yükləri növbəti günlərdə digər Bakı-Sankt-Peterburq reysi, ya da növbəti həftənin reysi ilə göndəriləcək.
 
Məsələ ilə bağlı Pravda.az-ın sorğusuna cavab olaraq AZAL-ın Mətbuat xidməti tərəfindən verilən açıqlamada belə deyilib:
 
“Azərbaycan Hava Yolları aviaşirkətinin Gəncə-Bakı reysi ilə səyahət edən 40 sərnişinin baqajının göndərilməməsi barədə qərar uçuşun təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib. Təyinat məntəqəsindəki əlverişsiz hava şəraiti və təyyarənin ehtiyat hava limanına enməsi ehtimalı təyyarənin çəkisinin maksimal dərəcədə azaldılmasını tələb edirdi. Qeyd edək ki, göndərilməmiş baqajlar növbəti uçuşlarla təyinat məntəqəsinə çatdırılacaq. Aviaşirkət uçuşlar zamanı sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün hər cür səy göstərir”.
Tarix: 23-10-2023, 22:27
Xəbəri paylaş





Xəbər lenti