Ramin Quluzadə “Azərbaycan Nəşriyyatı” MMC-ni Leyla Gülalıyevaya hədiyyə edib?-İDDİA


Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə ətrafında yaranan söz-söhbətlər səngimək bilmir.
Bir sözlə, cənab Quluzadənin rəhbərlik etdiyi sahədə pulların necə mənimsənildiyi və bir neçə xoşagəlməz olaylarla bağlı məlumatlar əldə etmişik. Belə ki, rəsmi tədbirlərin keçirildiyi Gülüstan sarayının qızıl və gümüşdən olan çəngəl, bıçaq, qaşıq əşyalarının bərpasına görə hər nüsxə üçün 10 manat pul pul alınmasına baxmayaraq, “Yuvlerni Zavod”un əməkdaşlarına 1 manatdan bərpa etdirirlər. Deməli, nə qədər qab-qacaq olduğunu nəzərə alsaq, böyük pulların oğurlandığının şahidi olarıq. Ən dəhşətlisi isə budur ki, ölkənin baş saraylarında bu cür oğurluqlar qeydə alınır.
Bunlardan əlavə “Azərbaycan Nəşriyyatı” üçün “xüsusi direktor” təyin edilməsində də Ramin Quluzadənin canfəşanlığını unutmaq olmaz. Yəni, Leyla Güləliyeva “Azərbaycan” nəşriyyatının baş direktoru təyin edilib. Qeyd edək ki, L.Güləliyeva Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş “Azərmarka” MMC-nin direktoru vəzifəsində çalışıb. Digər məsələləri sadalamaq üçün artıq yuxarıda göstərdiyimiz fakt kifayət edir.
Direktor özünə və gətirdiyi kadrlara 4.500 – 9.500 civarında əmək haqqı təyin etməsi və digər xoşagəlməz hallar barədə xəbərlər hər kəsi təəcübləndirir. Bu günə qədər heç bir səmərəli işi ilə gözə çarpmayan Leyla Gülalıyeva, özünə ən yüksək əmək haqqı hesablamağına baxmayaraq, müavinlərini də nəzərə alır.
Time TV-yə istinadən bildirilir ki, Ramin Quluzadənin həyat yoldaşı hazırkı direktoru nazirliyin dəhlizində əməlli başlı döyübmüş. Mühafizəçilərin mudaxiləsindən sonra Leyla Gülalıyeva aradn çıxarılıb. Hadisənin hansı səbəbdən baş verdiyini isə söyləyə bilmərik…

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş “Azərmarka” MMC-ni tarimar edən xanım, indi də “Azərbaycan Nəşriyyatı”nı məhv etmək üçün sanki R. Quluzadəyə söz verib. Çox hörmətli qələm sahiblərinin, jurnalistlərin nahar vaxtı görüşdüyü birinci mərtəbədə fəaliyyət göstərən bufetin qapısına iri bir qıfıl vurdurdu.  Ağabəy Əsgərovun zamanında komendat vəzifəsini icra edən Etibar adlı şəxsin yerinə 5 nəfər işçi təyin edib. Hörmətli xanım direktorun diqqətinə çatdırmaq istəyirik ki, ölkənin rəhbər şəxsi var və sizin bütün fəaliyyətinizə nəzarət olunur. Növbəti yazılarımızda bu və ya digər məlumatları daha geniş dərc edəcəyik. Bizi izləməyi unutmayın…
Video oynatıcı
 
DOSYE.ORG
Tarix: 2-11-2023, 16:08
Xəbəri paylaş





Xəbər lenti