Sabiq nazir YPX-dən şikayətləndi: "Aptekdən 30 qəpiyə yod alırsan, çıxanda 20 manat 30 qəpiyə başa gəlir"



Keçmiş rabitə naziri Siruz Abbasbəyliyə dayanma-durma qaydalarının pozulmasına görə cərimə yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, o, bu barədə özü məlumat verib.

"Yaşasın "YPX fotoqrafları". Aptekdən 30 qəpiyə yod alırsan, çıxanda 20 manat 30 qəpiyə başa gəlir. Əla!" - o bildirib.
 
Qeyd: S.Abbasbəyli 1993-1997-ci illərdə rabitə naziri vəzifəsində çalışıb.
Tarix: 5-11-2023, 14:56
Xəbəri paylaş





Xəbər lenti