At, eşşək ətindən dönər satırlar, AQTA rasional iş görmür – Eyyub Hüseynov


“İllər öncə Azərbaycanda 2 müəssisəyə dönər hazırlamaq üçün icazə verildi. Bu müəssisələrdə bahalı dondurucu aparatlar var. Dönərlər şişə taxıldıqdan sonra -40 dərəcə dondurulur. Yəni orda olan heyvan xəstəlikləri, digər təhlükəli bakteriyalar məhv olur. Ondan sonra onlar qablaşdırıcılara qoyularaq avtomobilə yerləşdirilir. Araşdırmalar göstərir ki, ölkədə fəaliyyət göstərən 15 mindən çox dönərxanadan heç 0,5 faizi oradan dönər almır. Yaxud da 1 dəfə alıb sonra onun kağızını divardan asırlar. Belə bir fikir formalaşdırırlar ki, guya daima bu müəssisədən alırlar. Əslində isə at, eşşək ətindən hazırlanan dönərləri bişirib insanlara satırlar”.
Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyi­nin (AİB) sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, dönər bişirilən zaman onun üst qatı qızardılır, içərisi isə tam bişmir:
“Ətin dadını itirən çoxsaylı əlavələr – ketçup, mayonez istifadə olunur. İstehlakçılar baxmadan istehlak edirlər. Nəticədə azyaşlı və gənclərin həyatına təhlükə yaradır. Dönərxanalar insanların tədrici zəhərlənmə mənbəyidir”.
E.Hüseynovun dediyinə görə, dönərxanalar üçün standartlar mö­vcuddur və gigiyenik tələblər qoyulub:
“Çox təəssüflər olsun ki, bu gigiyenik tələblərə riayət edilmir. Ətin mənbəyi məsələsi daim şübhə altındadır. Necə olur ki, 1 manat 40 qəpiyə ayran ilə dönər satılır. Keyfiyyətli dönərin qiyməti belə olmamalıdır. Təəssüf ki, qiyməti aşağı endirməklə böyük şəbəkə heç nəyə məhəl qoymadan öz fəaliyyətini davam etdirir. AQTA bu işə cavabdehdir. Ancaq bu sahədə rasional iş görmür. Təkcə kütləvi informasiya vasitələri problemləri işıqlandırırlar. Bu problem ondan qaynaqlanır ki, istehlakçı siyasəti çox zəif inkişaf edir. Bu sahədə ciddi addımlar atılmalıdır”.
Tarix: 5-11-2023, 22:21
Xəbəri paylaş





Xəbər lenti