SƏNƏ QURBAN OLUM, VER UŞAQ PULUN - Şeir

SƏNƏ QURBAN OLUM, VER UŞAQ PULUN - Şeir

Xalqdan yığdıqların bəsindir, bəsin
Bu söz dilindədir bütün hər kəsin,
Çalıb-çaptığının al bir çəngəsin,
Başına dolandır mən yazıq qulun,
Sənə qurban olum, ver uşaq pulun.
Hazıra nazirsən, guya vəkilsən,
Mən ölüm day bəsdir, ip-sapa yat sən,
Nə olar bir azca savaba batsan,
Daş qoyub kəsmə gəl, məzlumun yolun,
Sənə qurban olum, ver uşaq pulun.
Düşmənlə aramda çəpər tikirəm,
Hər an sək-səkədə, qan, yaş tökürəm,
Vallah böyüdüncə, zülüm çəkirəm,
Qırma dövlətimin qanadın, qolun,
Sənə qurban olum, ver uşaq pulun.

ŞAMİL
04.11.2023
Tarix: 5-11-2023, 22:26
Xəbəri paylaş





Xəbər lenti