Vətandaşları əksinə dövlətdən narazı salırlar - Siyavuş Novruzov


Vətandaşları əksinə dövlətdən narazı salırlar -
Hazırda ölkədə çox sayda qeydiyyatsız evlər var. Prezident də göstəriş verib ki, qeydiyyatsız evlər qeydiyyata alınmalıdır.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

“Elə adam ki, nəvəsini artıq o evdən gəlin köçürüb, amma hələ oturduğu ev qeydiyyata alınmayıb. Kim nə etməlidir bununla bağlı? BMT qətnamə qəbul etməlidir? Tapşırıq verilib, yerinə yetirilməlidir. Vətandaşları əksinə dövlətdən narazı salırlar”, -deyə komitə sədri bildirib.
Tarix: 13-11-2023, 22:12
Xəbəri paylaş





Xəbər lenti