İşdən çıxarılan icra başçısının BAŞI DƏRDDƏ... - HƏBS OLUNA BİLƏR...

İşdən çıxarılan icra başçısının BAŞI DƏRDDƏ...
Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov tutuduğu vəzifədən azad edilib. Bu haqda sərəncamı prezident İlham Əliyev dünən imzalayıb.

Hesablama Palatasının sentyabrda apardığı 2022-ci ilə dair yoxlamalardan sonra Naxçıvan şəhər icra hakimiyyətində 5 milyon manatdan artıq yeyinti aşkarlanmışdı. Palatadan verilən məlumata görə, icra hakimiyyətində cinayət halları ehtimal olunduğundan, toplanan faktlar yoxlanılmaq üçün hüquq mühafizə orqanlarına göndərilib.

Vasif Talıbovun kadrı sayılan Mirsənani Seyidovun hansı səbəbdən işdən çıxarıldığı haqda məlumat verilmir. Ona qarşı cinayət işinin açılacağı bildirilir.

Mənbə: "Gündəlik Naxçıvan"
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)

Səhifəmiz bütün maraqlı tərəflərin rəy və mövqe ifadəsi üçün açıqdır...
Tarix: 19-11-2023, 10:28
Xəbəri paylaş





Xəbər lenti