`Azercell` Bakının qulağının dibində problem yaradırsa... - "Bu `xaraba` sizin əhatə daairənizdə deyilsə..."


"Kimləsə danışanda səsim qırılırsa, o dəqiqə deyirlər "Sən Masazırdasan?"..

"Azercell", mən pul verib aldığım internet trafikini niyə istifadə edə bilməməliyəm axı!?

Əsəblərim zibil olub! Neçə dəfə zəng etmişəm 2002-ə... deyir, "qeydə aldıq... sizinlə əlaqə saxlayacaqlar..."

Aylar keçir heç bir geri dönüş olmur. Belə olmaz axı... Bu `xaraba` sizin əhatə dairəniz daxilində deyilsə, deyin, bilək!"

`Azercell` Bakının qulağının dibində problem yaradırsa...

Müəllif: Qüdrət Mehdi - Mənbə: "Müştərinin səsi" SQ
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Tarix: 21-11-2023, 08:46
Xəbəri paylaş





Xəbər lenti