Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi - Nə tələb edir?

Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi - Nə tələb edir?


Göyçayın keçmiş icra başçısı Mehdi Səlimzadə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, keçmiş icra başçısının iddiası "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə qarşısıdır. 

Mehdi Səlimzadənin iddiasına Abşeron Rayon Məhkəməsində baxılacaq. İş hakim Mirnəsir Mirhəsənlinin icraatındadır. 


Mehdi Səlimzadə 1996-2000-cı illərdə Milli Məclisin Yerli özünüidarəetmə məsələləri üzrə Daimi Komissiyasında ekspert, 2000-2003-cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, 2004-cü ildən Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının təsis edilməsiylə bağlı yaradılan təşkilat qrupunun rəhbəri və komitənin ilk sədri, 2004-cü ildən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifələrində çalışıb.

O, 2016-cı ildə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2022-ci il fevralında vəzifəsindən azad edilib.

Tarix: 2-07-2024, 10:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}