GDU-nun tələbələrindən Prezidentə ŞOK MÜRACİƏT – “Müəllim heyətinin 80 faizi rüşvətlə dolanır…”

GDU-nun tələbələrindən Prezidentə ŞOK MÜRACİƏT – “Müəllim heyətinin 80 faizi rüşvətlə dolanır…”

Gəncə Dövlət Universitenin (GDU) bir qrup tələbəsi tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Qeyd edək ki, universitetinin yataqxanası ilə bağlı tətbiq edilən yeni sərt qaydalar tələbələr arasında ciddi narazılığa səbəb olub.
Hurriyyet.az saytına danışan tələbələr iddia edirlər ki, yataqxanada yemək qızdırmaq qadağan edilib:
“Elektrik sobaları müsadirə edilib. Bizə burda “dustaq” kimi davranırlar. Valideynlərimiz tərəfindən göndərilən yeməkləri belə, soyuducuda saxlaya bilmirik, icazə vermirlər. Yeməklərimiz soyuducudan kənarda tez xarab olur və ac qalırıq.
Bizə göndərilən yeməklərdən istifadə edə bilmirik. Bununla bağlı heç bir tədbir görülmür. Bir çoxlarımız məcburiyyət qarşısında qalıb yataqxanın yeməkxanasında, yaxud universitetdən kənarda mənşəyi bilinməyən yeməkləri alıb yeyirik.
Yeməkxanada satılan yeməklərin qiyməti yüksəkdir, hər zaman almaq olmur. Özlərinin malı satılsın deyə, bizlərə olmazın zülm edirlər. Biz tələbəyik, bir çoxlarımız kasıb ailələrin övladlarıyıq. O bahalı, amma keyfiyyətsiz yeməkləri almağa imkanımız yoxdur. Biz tələbələri düşünən yoxdur.
Yataqxanda internet də yoxdur. Tələbələr bildirirlər ki, sanki təhsil almağa yox, pul paylamağa gəlmişik. Gecikəndə pul, dərsə zəif cavab verəndə pul, bir sözlə buradakı müəllim heyətinin 80 faizi rüşvətlə dolanır. Heç nədən utanmadan, müəllim adına ləkə gətirəcək şəkildə pul dilənirlər.
2 həftə qabaq, xüsusilə də 1-ci kursları akt otağına toplayıb, açıq şəkildə rüşvət yığdıqlarını bildirdilər. Dedilər ki, kəsildin bu qədr pul, qayıbın varsa bu qədər pul, dərsə gəlmirsən, xəstəlik kağızı gətirə bilmirsən bu qədər pul verməlisən deyiblər. İnanın ki, bu universitetdə oxuduğumuza utanırıq. Sanki biz quluq, bunlar da  firon, bizi idarə edilər.
Dərs keçilmir, psixologiyamızı bütün xarab ediblər. Rayon uşaqlarını alçaldırlar, ləhcəmizi lağa qoyub gülürlər. Özləri isə ağızlarında saqqız, bütün dərsi telefonla oynayırlar. Demək olar ki, dərs 1 ay yox idi başlamışdı, biz artıq hansı müəllimin evində hansı problem var, kimin ərinin adı nədir, qaynanası necədir, onu bilirdik. Belə müəllim adın ləkə olan insanlar təhsilə belə zərər vururlar.
“Müəllimlər günü”ndə bəzilərimiz pul vermədik deyə etmədikləri sifət qalmadı. Müəllimlərin kartına pul atmadıq və yaxud da məktubun içərisində pul vermədik deyə, əsəbləşib bizə deyirlər ki, “bizim gözəl savadlı nazirimiz belə deyir ki, müəllimlərə hədiyyə verin, onları sevindirin, amma siz heç nə etmədiniz”.
Sözümüz o qədər çoxdur ki, yazmaqla bitməz. Sadəcə, sizlərdən xahiş edirik ki, adlarımız gizli qalsın.
Biz tələbələr sizin sayt vasitəsilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Elm və Təhsil naziri “rüşvət almağı normal sayan” Emin Əmrullayevə müraciət edirik.
Biz tələbələrə yazığınız gəlsin, bizlərə gələcəyi sağlam qurmağa kömək edin. Biz bu müəllimlər kimi müəllim, tarixçi, filoloq və s. olmaq istəmirik. Biz düzgün yaşamaq, gələcəyə sağlam addımlamaq istəyirik”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adı çəkilən qurumun mövqeyini dərc etməyə hazırıq.
Tarix: Dünən, 10:55
Xəbəri paylaş





Xəbər lenti