İcra başçısı Ələsgərli kəndində Vətən müharibəsi əlili Sahib Əliyevi ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər
rayon Təşkilatının sədri Eldar Əsədov və rayon Ağsaqqallar şurasının sədri Faiq
Məmmədovla birlikdə rayonun Ələsgərli kəndində Birinci Qarabağ müharibəsinin
ikinci dərəcəli əlili Əliyev Sahib Məhəmməd oğlunu evində ziyarət edib, onun və
ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu
gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz
bərpa edilib.
Qeyd edək ki, Sahib Əliyev Birinci Qarabağ müharibəsinin ilk vaxtlarından
könüllü olaraq döyüşlərə qatılmış, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak
etmişdir. 1992-ci il avqust ayının 18-də Ağdərə rayonunun Drombon kəndi
istiqamətdə düşmənin atdığı mərmi nəticəsində yaralanmış  ehtiyata
buraxılmışdır.
Sahib Əliyevə müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin
edilmiş və müharibə əlili olaraq rayon icra hakimiyyəti tərəfindən mənzil uçotuna
alınmışdır.
Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə  Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: Dünən, 17:31
Xəbəri paylaş





Xəbər lenti