“Azəriqaz” avtomobil yollarını dağıtdığı üçün cərimələndi

“Azəriqaz” avtomobil yollarını dağıtdığı üçün cərimələndi

“Azəriqaz” İstehsalat Birliyi ilə bağlı növbəti cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, “Azəriqaz”ın İnzibati Xətalar Məcəlləsinin avtomobil yollarından istifadə qaydaları əleyhinə olan 354.0.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, geoloji axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə, fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
“Azəriqaz”la bağlı iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. 23 oktyabr tarixində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Azəriqaz” İB-in sədri Azər Məmmədovdur. O, bu vəzifəyə bu ilin mart ayında təyin edilib.
Qarşı tərəfi dinləməyə hazırıq.
Tarix: Bu gün, 11:16
Xəbəri paylaş





Xəbər lenti