"Bravo" cərimələndi - MƏHKƏMƏ QƏRARI


Səbail Rayon Məhkəməsində "Azərbaycan Supermarket" MMC-yə yazılan inzibati protokola baxılıb.
 
Pravda.az-ın xəbərinə görə, hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, MMC barəsində inzibati tənbeh tətbiq olunub, yəni cərimə kəsilib.
 
Xatırlatma: Protokolu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd: MMC "Bravo" mağazalar şəbəkəsinin sahibidir.
Tarix: 17-10-2024, 14:19
Xəbəri paylaş





Xəbər lenti