Ölkə başçısının tapşırığını bu məmurlar ayaqlar altına atırlar // VİDEO +FOTO

Ölkə başçısının tapşırığını bu məmurlar ayaqlar altına atırlar // VİDEO +FOTO

Vətən, torpaq uğrunda canını və sağlamlığını itirmiş şəhidlərin ailələri, qazi və veteranların yaşayış durumunun yaxşılaşdırılması və onlara dövlət tərəfindən xüsusi imtiyazların ayrılması məqsədilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1994-cü il avqustun 26-da "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" Fərman imzaladı.

Hər kəsə bəllidir ki, Ulu öndər Heydər Əliyev hər zaman bütün vətəndaşların qeydinə qalır, vəzifəyə təyin etdiyi məmurlardan da hər bir Azərbaycan vətəndaşına, xüsusilə də imtiyazlı şəxslərə diqqət göstərilməsini tələb edirdi.

"DogruXeber.az" qeyd edir ki, Ulu öndərin vətən, xalq sevgisi, onun apardığı uğurlu siyasətində, verdiyi bütün qərarlarında öz əksini tapırdı. Belə ki, istər böyük vətən müharibəsi (1941-1945) iştirakçıları, istərsə də birinci Qarabağ müharibəsi iştirakçılarına xüsusi qayğı göstərir, onlarla görüşlər keçirir, problemləri ilə şəxsən maraqlanırdı.

Allah rəhmət eləsin!

Onun siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev də atasının yolunu mükəmməl şəkildə davam etdirir, imtiyazlı şəxslərin və ailələrin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı olaraq böyük işlərə imza atır. Belə ki, o, ikinci vətən müharibəsindən qısa müddət sonra - 2021-ci il iyun ayının 17-də “Veteranlar haqqında” və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunları təsdiq etdi və hər iki Qanunun tətbiqi haqqında Fərmanlar imzaladı.

Ölkə başçısının şəhid ailələri, qazi və veteranlara göstərdiyi diqqət və qayğı danılmazdır. Lakin, təəssüflər olsun ki, onun etimad göstərib vəzifəyə təyin etdiyi bir çox məmurlar tutduqları vəzifələrdən sui-istifadə edərək, öz mənafelərinə xidmət etdikləri üçün vətəndaşlar arasında narazılıq yaradırlar ki, bu kimi hallar da ölkə başçısının daxili siyasətinə və apardığı böyük işlərə kölgə salmağa çalışmaqdır.

Yuxarıda, ulu öndərimizin hətta böyük vətən müharibəsi iştirakçılarına göstərdiyi qayğını bir çox məmurların şəhid ailələrinə, qazilərə hazırkı münasibətilə müqayisə etmək üçün sitat gətirdik. Çünki, ürək ağrısıyla vurğulayırıq ki, bu gün birinci Qarabağ müharibəsi iştirakçıları, eləcə də şəhid ailələri bəzi qurumlar və rəhbərləri tərəfindən ayrıseçkiliyə məruz qaldıqlarından şikayətlənirlər.

Halbuki, prezident İlham Əliyev hər çıxışında vurğulayır ki, "Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır!"

Ölkə başçısının siyasətinə kölgə salmağa, sanki qəsdən xalqı dövlətçiliyə qarşı çıxarmağa çalışan bir çox məmurlar isə ölkə başçısının tapşırıqlarına məhəl qoymadan öz nəfslərinə və şəxsi maraqlarına xidmət edərək, rəhbərlik etdikləri dövlət qurumlarını və müəssisələrini ailə biznesi kimi idarə edirlər. Nəticədə isə siravi vətəndaşlar zərər çəkir, haqqları, hüquqları kobud şəkildə, daha dolğun desək, qəddarcasına əllərindən alınmış olur.

Haqqı əlindən alınmış vətən fədailərindən biri də Naxçıvan Muxtar respublikanın Culfa rayonun sakini - birinci Qarabağ müharibəsinin 16 yaşlı könüllü iştirakçısı, ikinci qrup müharibə əlili Vüqar Qasımovdur.

Qazinin ağzını tikməsinə səbəb olan məmurlar... - VİDEO

Vüqar Qasımov bildirir ki, illərdir Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Naxçıvanın keçmiş "xan"ı Vasif Talıbovun xanlığı dövründə onun 4 iaşə obyekti zorla əlindən alınaraq, sökülüb. Əvəzində isə heç bir qarşılıq ödənilməyib. Hətta, uğradığı ziyana görə bir evini satdığını, bir evinin isə bank tərəfindən kredit qarşılığında müsadirə olunduğunu deyir.

Bir neçə ildir ki, haqqını geri almaq üçün tam qanuni şəkildə mübarizə aparsa da, buna nail ola bilməyən müharibə əlili Vüqar Qasımov nə rəsmi müraciətlərin, nə də yola vermək məqsədilə keçirilən 11 məhkəmə prosesinin heç bir fayda vermədiyini deyir. Onun sözlərinə görə Culfa rayon məhkəməsinin hakimi Hicran Muradov ona yaşadılan milyonlarla manat dəyərində zərərin qarşılığında təklif olunan bir neçə sot yararsız boş torpaq sahəsini qəbul etməsini tövsiyə edib. O, haqlı olaraq, bununla razılaşmayıb, etiraz etdiyində isə Vüqar Qasımovun sözlərinə görə, keçmiş "ağasına sadiq"lik nümayiş etdirən hakim ona, " mənlik heç nə yoxdur, yuxarıdan mənə tapşırsınlar, mən də qərar verim" deyə bildirib.

Yəqin, elə "yuxarının tapşırığı"dır ki, sözügedən hakim keçirdiyi 11 məhkəmə prosesinin hamısını baxış prosesi kimi həyata keçirib.

Ölkə başçısının tapşırığını bu məmurlar ayaqlar altına atırlar // VİDEO +FOTO

Səsini ölkə başçısına rəsmi qaydada çatdıra bilməyən çarəsiz müharibə əlili az müddət əvvəl özü öz ağzını iynə-sapla tikərək, düz 20 gün aclıq aksiyası keçirdi. Lakin, yenə də keçmiş xanın günahlarını yumağa borclu olan məmurların (hansı ki, Vüqar Qasımovun iddiasına görə ona məxsus obyektlərin yerində qurulan işlər indi həmin qurumlara və rəhbərliyinə xidmət edir) heç "tükləri də tərpənmədi".

Bunun ardından Vüqar Qasımov prezident administrasiyası qarşısında təkbaşına aksiya keçirməyə cəhd etdi. Görünür bu cəhdi də nəticəsiz qaldı.

Qeyd edək ki, ötən həftə "DogruXeber.az" olaraq tərəfimizdən Vüqar Qasımovun müraciəti əsasında, surəti birinci vitse-prezidentə, ombudsman aparatına, Baş Prokurorluğa, Məhkəmə Hüquq Şurasına, Naxçıvan nümayəndəliyi və Ali Məclisinə göndərilməklə ölkə başçısına rəsmi müraciət ünvanlanıb.

Güman edirik ki, ən qısa zamanda müharibə əlili Vüqar Qasımovun əlindən alınmış hüquqları bərpa olunacaq.

Mövzu diqqətimizdədir.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Tarix: Bu gün, 14:01
Xəbəri paylaş

Xəbər lenti