Xamenei komaya düşüb? - "Yaxın günlərdə ölümü rəsmən elan ediləcək"


İranın Ali dini lideri Seyid Əli Xameneinin komaya düşdüyü deyilir.
"AzPolitika" xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Məlumatda Xameneinin səhhətinin pis olduğu və İranda vəziyyətin qarışmaması üçün hakimiyyətə oğlu Müctəbanın gətiriləcəyi qeyd olunub.
ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Herbert Raymond isə iddia edib ki, İran yaxın günlərdə Xameneinin ölümünü rəsmən elan edəcək.
Qeyd edək ki, oktyabrın əvvəlində ABŞ-nin “New York Times” qəzeti də Xameneinin səhhətinin kritik olduğunu bildirən bir xəbər dərc etmişdi.
Xatırladaq ki, Xamenei sonuncu dəfə noyabrın 7-də ictimaiyyət arasında görülüb.
Tehrandakı rəsmi mənbələr onun son durumu ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Tarix: Bu gün, 11:39
Xəbəri paylaş





Xəbər lenti