Makron prezident oldu, amma görəcəyi günlər hələ qabaqdadır...

Makron prezident oldu, amma görəcəyi günlər hələ qabaqdadır... Fransada prezident seçkisində qələbə çalmaq Emmanuel Makron üçün işin asan tərəfiydi. İndi 39 yaşlı siyasətçi beş həftə içində birillik «En Marche!» (İrəli) partiyasını siyasi hərəkata çevirə bilməlidir ki, parlament seçkilərində çoxluğu, yaxud koalisiya yarada bilməkdən ötrü yetərincə səs qazana bilsin. Bunu «Bloomberg» agentliyi yazır.

Macron bazar günü seçkidə ifrat sağçı Marine Le Penə qalib gəlib, 47 milyonluq seçicinin 66 faizinin səsini toplaya bilib.Məqalədə deyilir ki, Makron bunu edə bilməsə, iqtisadi modernləşməylə bağlı vədlərini reallaşdıra bilməz ki, bu da populistlərin «qoltuğuna qarpız vermiş olar». Elə «Milli cəbhə» partiyasının əvvəlki seçkilərdən daha çox səs toplaması da onu göstərir ki, Fransanı Avropa Birliyində görən mərkəzçi partiyaların əlinə bundan artıq fürsət düşməyə bilər.

«İndi Makronun qarşısında duran ən böyük problem parlament uğrunda mübarizəni udmaqdır. Çoxluğu qazana bilməsə, səlahiyyəti məhdudlaşacaq, konstitusional monarxa çevriləcək. Amma qazansa, Beşinci Respublikanın prezidentə verdiyi bütün qüdrəti əldə edəcək», – Parisdəki «Sciences Po» siyasi tədqiqatlar institutunun professoru Dominique Reynie deyir.

Fransada parlament seçkiləri iyunun 11 və 18-də keçiriləcək, parlamentin 577 üzvü seçiləcək. Ölkədə prezident seçkisindən sonra, adətən, qalibin partiyası parlamentə nəzarəti ələ alır. Amma bu dəfə bu perspektiv qaranlıq görünür, çünki Makronun oturuşmuş siyasi bazası yoxdur.Makron prezident oldu, amma görəcəyi günlər hələ qabaqdadır...



«Artıq 1958-ci ildən bəri seçilmiş prezidentin parlament çoxluğunu əldə etməsi ideyası dağılmaq üzrədir. İndiyədək seçkidə mümkün hər şey baş verib və istənilən şey də baş verə bilər. Amma bir şey dəqiqdir ki, «En Marche!» partiyasının çoxluğu əldə etməsi çətin olacaq», – Monpelye Universitetinin siyasət üzrə araşdırmaçısı Nikolas Lebourg bu fikirdədir.

Artıq Makron parlament seçkilərinə namizədlərinin siyahısını hazırlayır. O, gender bərabərliyinin tam təmin olunacağını, namizədlərin yarısının kənar siyasi dairələrdən seçiləcəyini vəd edir.

«Ifop» sorğu mərkəzindən Jerome Fourquet də partiyanın çoxluğu əldə edə bilməyəcəyini, daha kiçik mərkəzçi partiyalarla işlək çoxluq qazanmağın mümkünlüyünü vurğulayır. Artıq parlament seçkiləriylə bağlı bəzi rəy sorğuları keçirilsə də, «Teneo Intelligence» şirkətinin təhlilçisi Antonio Barroso seçkilərin nəticələrini proqnozlaşdırmağın xeyli çətin olduğunu bildirib.

Makron özü isə çoxluğu qazanacağına əmindir, seçkiöncəsi hər hansı alyansı da çıxdaş edir. «Fransızlar ardıcıl, məntiqlə hərəkət edirlər. Anlamıram, niyə məni prezident seçəndən bir neçə həftə sonra mənə qarşı səs versinlər ki?» – o, mayın 3-də «Le Depeche» qəzetinə deyib.Makron prezident oldu, amma görəcəyi günlər hələ qabaqdadır...



Amma müəllif yazır ki, bazar günü Makrona səs verənlərin bəziləri onu məhz Le Pen-ə qarşı dayandığına görə dəstəkləyiblər, heç də proqramını seçməyiblər.

Monpelye Universitetindən Lebourg deyir ki, Makron əvvəl-axır koalisiyanı qəbul etməli olacağını bilir və buna hazır olmasına eyham da vurub. «Elə həm sağ, həm də sol cəbhədən ən yaxşı adamları cəlb etməsi fikri də bununla bağlıdır. Fransa xalqı qeyri-siyasi texnokratlardan ibarət hökumətə qarşı çıxmaz», – Lebourg söyləyir.

Sosialist Partiyası Makronla alyans yaratmaqda maraqlı olduğunu bildirib. Respublikaçılar isə çoxluğu əldə etməyə iddialıdırlar. Partiyanın kampaniya meneceri Francois Baroin deyib ki, qalib gələrlərsə, baş nazir olmağa həvəslidir.

Virtualaz.org
Tarix: 8-05-2017, 13:49
Xəbəri paylaş





Xəbər lenti