Oteldə polis əməliyyatı: Fahişələr ölümsaçan xəstəliklərə yoluxubmuş...

Oteldə polis əməliyyatı: Fahişələr ölümsaçan xəstəliklərə yoluxubmuş... Türkiyənin Rize şəhərində polis otellərin birinə basqın edərək orada əxlaqsızlıqla məşğul olan 30 qadın və 14 kişini saxlayıb.

Moderator.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qadınların 28 – inin keçmiş sovet ölkələrindən olduğu bildirilir. Əxlaqsızlıqla məşğul olan qadınların ikisində QİÇS, üçündə isə Hepatit C virusi aşkar edilib.

Polis otelin müdirini əxlaqsızlıq yuvası təşkil etdiyinə görə cinayət məsuliyyətinə cəlb edib. Hazırda Rize şəhərində kişilərin içərisində böyük təlaş yaranıb. Belə ki, şəhərin məşhur otellərindən biri olan bu əxlaqsızlıq yuvasına bu günədək bir çox rizəli kişi baş çəkib. Ona görə də digər şəxslərin də ölümcül virusa yoluxma ehtimalı çox yüksəkdir.
Tarix: 9-05-2017, 08:07
Xəbəri paylaş





Xəbər lenti