“Ölümü gözləyənlər deyil, niyə Topbaşın kürəkəni buraxıldı?” – CHP və MHP liderlərindən sərt reaksiyalar

“Ölümü gözləyənlər deyil, niyə Topbaşın kürəkəni buraxıldı?” – CHP və MHP liderlərindən sərt reaksiyalar Türkiyədə FETÖ əməliyyatı zamanı həbs olunan İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı Qədir Topbaşın qızının həyat yoldaşının xəstəlik adı ilə azadlığa buraxılması müxalif partiyaların gündəminə çevrilib.

Strateq.az bildirir ki, Qədir Topbaşın kürəkəni Ömer Faruk Kavurmacının sağlamlığının ciddi təhlükə altında olması səbəbi ilə buraxılması CHP və MHP liderlərinin də etirazına səbəb olub.

Bu barədə açıqlama verən MHP lideri Dövlət Bahçeli "Türkiyədə tibbə inanmaq, güvənmək lazımdır" desə də, Topbaşın kürəkəninin bu günə qədər səhhətində hər hansı bir problemin oduğunu heç kimin eşitmədiyini bəyan edib:



"Şübhəli kim olursa olsun, istintaq hara və ya kimə uzanırsa, uzansın, kimin yaxını, ya da kimin qohumu olmasından aslı olmayaraq, bu məsələ obyektiv və tərəfsiz araşdırılmalıdır. Türkiyədə tibbə güvənmək lazımdır. Əgər həkim bir insanın ölümcül xəstəliyinin olmasını irəli sürürsə və bunun əsasında o adam buraxılırsa, bu qərara hörmət edilməsi gərəkdir. Amma Kavurmacının belə bir xəstəliyinin olması, indiyədək heç kim tərəfindən dilə gətirilməmişdir. Əgər bu məsələdə nəsə başqa məqamlar gizlənibsə, çox ayıb olar".

CHP sədri Kamal Kılıçdaroğlu da deyib ki, əgər həbsdə olan birinin səhhətində ciddi problem varsa, onun kimliyinə baxmadan azad olunmasına normal baxmaq lazimdir: “Ölümü gözləyənlər deyil, niyə Topbaşın kürəkəni buraxıldı?” – CHP və MHP liderlərindən sərt reaksiyalar



"Əlbəttə, buna məhkəmə qərar verəcək. Əgər hər hansı bir hakim qərarı şəxsin siyasi kimliyinə baxıb, verəcəksə, o hakim hakim deyil. Hamınız bilirsiniz ki, FETÖ əməliyyatı zamanı tutulan, indi də səhhətini əsas gətirib buraxdıqları şəxs Qədir Topbaşın kürəkənidir. Onun niyə buraxıldığını demirəm, soruşmuram. Ancaq eyni vəziyyətdə olanları niyə buraxmırsınız?! Bax, bunu soruşuram, deyirəm".

CHP lideri bildirib ki, hazırda həbsxanalarda sağlamlığı təhlükə altında olan, bir sözlə, ölümü gözləyən 841 nəfər var:

"Bəs, ölümü gözləyən həmin 841 nəfər niyə azad edilmir?! Vicdansa, vicdan. Əxlaqsa, əxlaq. Nədən bunları buraxmırlar?

Son 5 ildə xəstə olmalarına rəğmən, buraxılmayan və buna görə həbsxanalarda ölənlərin sayı 451 nəfər olub. Ancaq bir bəy əfəndi xəstədir deyə, buraxılır. Digər xəstə məhkuma isə "sən həbsxanada öləcəksən", – deyilir. Budurmu ədalət, vicdan, əxlaq? Nədir, bu?!".

Bəs, Qədir Topbaşın 15 il həbsi istənilmiş kürəkəni rəsmi olaraq nələrdə ittiham olunurdu?

Aşağıdakı videodan bununla tanış ola bilərsiz:
Tarix: 9-05-2017, 23:08
Xəbəri paylaş





Xəbər lenti