Stalin necə öldürülüb?- Sensassiya- VİDEO

Stalin necə öldürülüb?- Sensassiya- VİDEO 1 mart 1953-cü il. Bu tarix keçmiş SSRİ üçün bir zamanların ən pis günü hesab edilirdi. Məhz bu gün mühafizəçiləri millət atası, dahi rəhbər adlandırılan İosif Stalinin cəsədini döşəmədə tapmışdılar.

5 martda keçirilən vida mərasimində yüzlərlə adam basabasda dünyasını dəyişdi. Sovet insanı öz lideri ilə belə vidalaşdı.


Cebhe.info xəbər verir ki, zaman keçdikcə Stalinin ölüm səbəbi ilə bağlı məlumatlar yayılmağa başladı. Deyirdilər ki, onu zəhərləyiblər. Ölümün sirr pərdəsini aralamaq o zaman üçün heç də asan deyildi. Elə indi də asan deyil. Stalinin təbii ölümlə ölmədiyini sübut etmək üçün onun məzarının açılmasına ehtiyac var. Bu isə ancaq dövlət səviyyəsində
qəbul ediləcək qərarla ola bilər.

Stalinin ailəsində isə belə hesab edirlər ki, o, ya zəhərli maddə və ya zəhər qatılmış mineral su ilə öldürülüb.
Tarix: 10-05-2017, 08:20
Xəbəri paylaş





Xəbər lenti