ABŞ PKK/PYD-yə verdiyi silahları İŞİD-lə savaş bitəndən sonra geri almayacaq – Pentaqondan şok açıqlama

ABŞ PKK/PYD-yə verdiyi silahları İŞİD-lə savaş bitəndən sonra geri almayacaq – Pentaqondan şok açıqlama ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyanın sözçüsü polkovnik Con Dorrian, ölkəsinin PKK/PYD-yə verəcəyi silahları İŞİD-lə savaş bitdikdən sonra geri almayacaqlarını bildirib.
Avropa.info xəbər verir ki, Dorrian video konfransla Pentaqonda keçirdiyi mətbuat konfransında ölkəsinin terror təşkilatı PKK/PYD-yə silah yardımı etməsini müsbət hadisə (!) olaraq qiymətləndirib.

” Veriləcək silahların bir qismi onsuz da bölgədədir və bir qismi də çox sürətli şəkildə veriləcək.
İŞİD-in əl istehsalı olan bomba yüklü zirehli maşınlarının öhdəsindən gələcək gücdə silahlar verəcəyik. İŞİD adi nəqliyyat vasitələrin üstlərinə çox mürəkkəb şəkildə silahlar yerləşdirə bilir.Bu vasitələri yalnız tüfənglərlə vurmaq çətindir. Ona görə bu vasitələrə qarşı ağır texnikadan və ya daha böyük silahlar istifadə etməyiniz lazımdır.”
Silahların ABŞ-ın PKK/PYD-yə verdiyi tapşırıqlar çərçivəsində müxtəlif formalarda istifadə ediləcəyini ifadə edən Dorrian, bu silahların geri alınmayacağını da qeyd edib.
“Bu silahlardan İŞİD-ə qarşı istifadə olunacaq və geri alınmayacaq. Bu silahlarda nə üçün istifadə ediləcəyini də izləyəcəyik. Bu silahlardan yalnız İŞİD-ə qarşı istifadə oluna bilər” deyə Dorrian qeyd edib.
Siam.az
Tarix: 11-05-2017, 10:13
Xəbəri paylaş





Xəbər lenti