Kim Çen pulla devrilməlidir: “Ordunu satın alın”

Kim Çen pulla devrilməlidir: “Ordunu satın alın” Şimali Koreya lideri Kim Çen İni devirmək üçün Şimali Koreya ordusunu satın almaq lazımdır.

Axar.az xəbər verir ki, bu sözlər İnxa Universitetinin keçmiş professoru Şepert Ayversonun “Şimali Koreyanı dayandırın!” adlı yeni kitabında yer alıb. Ayversonun fikrincə, Koreyanın nüvə silahından azad olmasının yeganə yolu Kim Çen İnin devrilməsindən keçir.

Professor Qərbin bunun üçün 175 milyard dollar xərcləməli olduğunu bildirib. Belə ki, Qərb bütün yüksək vəzifəli şəxslərə 30 milyon rüşvət verməlidir. Ordunun satın alınması üçün isə 12 milyard dollar xərclənməlidir.

Ayverson bu qədər məbləğdə pulun toplanması üçün vasitə də göstərir. Onun fikrincə, maliyyə vəsaitini toplamaq üçün xüsusi investisiya fondu yaradılmalıdır.
Tarix: 13-05-2017, 22:03
Xəbəri paylaş





Xəbər lenti