Türkiyədə polis və jandarm bir-birini güllələyib

Türkiyədə polis və jandarm bir-birini güllələyib Türkiyədə PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı anlaşılmazlıq baş verib.

DHA xəbər verir ki, Hatayın Hassa rayonunda yerləşən Çardak yaylağında terrorçulara qarşı aparılan əməliyyat zamanı polislə jandarma qüvvələri arasında anlaşmazlıq olub və onlar bir-birlərinə atəş açıb. Bu zaman jandarma əməkdaşı Niyazi Elçin şəhid olub. Bir polis isə xəsarət alıb.

Bildirilir ki, hadisə Amanos dağlarındakı Hassa yaylasında jandarmanın qurduğu pusquya polislər yaxınlaşarkən baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.
Tarix: 14-05-2017, 07:50
Xəbəri paylaş





Xəbər lenti