İranda növbəti dağıdıcı zəlzələ:Ən azı 3 nəfər ölüb, 225 nəfər xəsarət alıb - YENİLƏNİB

İranda növbəti dağıdıcı zəlzələ:Ən azı 3 nəfər ölüb, 225 nəfər xəsarət alıb - YENİLƏNİB İranın şimal-şərqindəki Şimali Xorasan əyalətinə bağlı Piyş Qala rayonunda 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Gununsesi.info Anadolu informasiya agentliyinin məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzindən bildiriblər ki, zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.
Dağıntılarla bağlı məlumat verilməyib.
***
Son məlumata görə, İran-Türkmənistan sərhədi yaxınlığında mayın 14-nə keçən gecə baş verən güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 225 nəfər xəsarət alıb.
Siam.az
Tarix: 14-05-2017, 10:01
Xəbəri paylaş





Xəbər lenti