Dünyanın ən qapalı ölkəsində həyat: Hər gün idman etdirilən işçilər, varlanan oliqarxlar və xoşbəxt xalq

Dünyanın ən qapalı ölkəsində həyat: Hər gün idman etdirilən işçilər, varlanan oliqarxlar və xoşbəxt xalq ABŞ və Şimali Koreya arasında münasibətlər getdikcə gərginləşir.İki ölkə ən yüksək səviyyədə bir-birinə qarşı hədə bəyanatları səsləndirir, hərbi qüvvələr səfərbər olunur, diplomatik bəyanatlar hərbi gücün fonunda daha təsirli səslənir.Belə bir zamanda dünyaya qapalı hesab edilən Şimali Koreya daha cazibədar ölkə halına gəlib.Çoxlarını oradakı adi həyat maraqlandırır.Koreyalılar necə yaşayır?Gündəlik həyat tərzi necədir?



Hər kəs idman etməyə məcburdur

Bütün qadağalara baxmayaraq, ancaq bu sistemin də öz müsbət tərəfləri var. Ən əsası bu ölkədə cinayətkarlıq minimum səviyyədədir.Cəzaların həddən artıq ağır olması insanları cinayətlərdən çəkindirir.Hətta paytaxt Pxenyanda da evlərdə kilid yoxdur.Çünki kiminsə oğurluq məqsədilə evə girəcəyi təxmin edilmir.Şimali Koreya əhalisi sağlamdır, bunu isə uşaqlıqdan idmanla məcburi məşğul olmalarına borcludurlar.Bütün vətəndaşlar üçün kiçik yaşlarından idmanla məğul olmaq əsas şərtdir.Uşaq bağçaları və məktəblərdə də buna xüsusi diqqət yetirilir.İş yerlərdə fasilə zamanı 15 dəqiqəlik idman fasiləsi verilir.Hər kəs vaxtaşırı olaraq tibbi müayinədən keçir və hansısa xəstəliyin aşkarlandığı təqdirdə məcburi müalicəyə yönləndirilirlər.

Rəhbər tövsiyyə etdi, qadınlar siqaret çəkmədi

Dünyanın ən qapalı ölkəsində həyat: Hər gün idman etdirilən işçilər, varlanan oliqarxlar və xoşbəxt xalq

Qadınların siqaret çəkməsi halları yoxdur.Səbəb isə ölkə rəhbəri olmuş Kim Ir Senin tövsiyəsi olub.Qadınlara siqaret çəkməməyi tövsiyə edən keçmiş liderin sözü indi də qanundur və onu açıq-aşkar heç kəs pozmur.Qadınların gizlicə siqaret çəkməsi isə müayinə zamanı aşkar edilə bilər və heç kəs bunun məsuliyyətini üzərinə götürmək istəmir.Əvəzində kişilər həm də qadınların yerinə siqaret çəkirlər.

Yerlilərə əxlaqsızlıq qadağandır, əcnəbilərə isə olar

Dahi rəhbərin dedikləri bu ölkədə qanundur.Hətta qanuniləşməsə belə, ona əməl etmək hər kəsin borcudur. Şərq ölkələrində əhalinin say artımı problemi var. Çində isə bu, özünü daha qabarıq göstərir. Şimali Koreyada ötən əsrin 60-cı illərində hər ailədə 5-6 uşaq doğulurdu. İndi isə bu say 2-yə qədər azalıb. Çünki dahi rəhbər ailələrə uşaq sayını azaltmağı tövsiyyə edib.Əxlaqsızlıq bu ölkədə barəsində demək olar ki, heç nəyin danışılmadığı mövzudur.Doğrudur, bu ölkənin də xarici turistlər üçün nəzərdə tutulan mehmanxanalarında qonaqlara sevinc bəxş etmək üçün qadınlar var. Ancaq onlar yerlilər deyir.Bu ölkədə əcnəbi qonaqlara sevinc bəxş etmək funksiyasını əsasən çinli qadınlar yerinə yetirir.

35 yaşa qədər ərə getmədinsə...

Tərbiyəli koreyalı qızlar isə evliliyə qədər hətta sevgililərini də mənzillərinə buraxmırlar.Amma bu da müəyyən yaş həddinə qədərdir.Bu ölkədə qızlar 35 yaşına qədər ərə gedəcəklərinə ümid edirlər və o zamana qədər gözləyirlər.35 yaşdan sonra isə ərə getmək arzusu arxivə atılır və bundan sonra qızlar sevgililəri ilə sərbəst görüşməyə hüquq qazanır.Çünki o da qadındır və sevgiyə, qayğıya ehtiyacı var.

SSRİ dağıldı, vəziyyət pisləşdi

Hazırda Cənubi Koreya Şimaldakı soydaşlarından daha varlı yaşayır.Amma bu, həmişə belə olmayıb.Vətəndaş müharibəsi bitəndən sonra ölkə iki hissəyə bölündü və bir-birilərilə rəqabətə başladı.Bütün sahələr üzrə rəqabət davam edirdi.Kommunist olan Şimali Koreya da sürətlə inkişaf yolu keçərək Cənubu təqib edə bilirdi.Ölkə rəhbəri Kim Ir Sen SSRİ və Çinin yardımı ilə sənayenin inkişafından tutmuş əhalinin yaşayış səviyyəsinə qədər bütün sahələrdə ölkəsinə uğur qazandırırdı. Hər iki müttəfiqindən hərbi yardım da alan Şimali Koreya Amerikanın yardımından gen-bol istifadə edən Cənubi Koreyanı üstələyirdi. Demokratiya, insan hüquqları sahəsində isə vəziyyət oxşar idi.Cənubi Koreya da uzun müddət diktator tərəfindən idarə edildi.Ancaq 70-ci illərdə iki ölkə inkişaf səviyyəsinə görə bərabərləşdi.80-cı illərdən etibarən isə vəziyyət yenidən Cənubi Koreyanın xeyrinə dəyişdi.Hətta o dərəcədə dəyişklik oldu ki, Cənubi Koreya inkişaf səviyyəsinə görə nəinki Şimali Koreyadan hətta bəzi Avropa ölkələrindən irəli keçib. SSRİ-nin dağılması ilə Şimali Koreyanın özünün böyük hamisini itirməsi də buna təkan verdi.

Dünyanın ən böyük dördüncü ordusunu doydurmaq problemi

Dünyanın ən qapalı ölkəsində həyat: Hər gün idman etdirilən işçilər, varlanan oliqarxlar və xoşbəxt xalq

Şimali Koreyaya düşən ərazi ilk vaxtlar boş və insansız idi.Cənubi Koreyanın böyük ordu saxlamasına ehtiyacı yox idi, ABŞ bu ölkənin təhlükəsizliyi ilə də məşğul olurdu.Şimali Koreya isə nəhəng ordu saxlamağa və təhlükəsizliyini qorumağa vadar idi.Qazancın böyük hissəsi orduya gedirdi.Şimali Koreya ordusu hərbçi sayına görə dünyada 4-cü yerdədir.Və bu ordunu yedirtmək, təlimlərini keçirmək, yeni silahlar almaq üçün büdcənin böyük hissəsi xərclənirdi.Buna ən böyük büdcə belə duruş gətirə bilməzdi. SSRİ ətrafında yaranan problemlərin artması ilə Şimali Koreyaya yardımlar da kəsildi və inkişaf sükunətlə əvəz edildi.

Yüz minlərlə insan aclıqdan öldü

Koreya kommunizminin əsası 90-cı illərdə laxlamağa başladı.Silahlı qüvvələrə ayrılan vəsait iqtisadiyyatı çökdürdü, təbii fəlakətlər, subasma kənd təsərrüfatına böyük ziyan vurdu, düyü tarlaları su altında qaldı.Kartoçka sistemində dəyişiklik edildi.Budğa məhsullarının verilməsi 700 qramdan 500 qrama endirildi, ancaq bu da kömək etmədi və ölkədə aclıq başadı.
1995- 1996-cı illərdə ölkədə yüz minlərlə insan öldü. Kommunist ölkədə “qara bazar” işə başladı.Qeyri-qanuni idi, ancaq insanlar qonşu ölkələrdən gələn humanitar yardımı satmağa başladılar.Kustar sexlər açıldı və Çin məhsullarının saxtası hazırlandı.Tədricən kolxozçu kəndlilər fermerlərə çevrildilər.Hökumət buna göz yummalı olurdu.Xalqı yedirdə bilməyən hökumət əhalisinin bu davranışlarına dözmək məcburiyyətində idi. Xalq arasında bir lətifə yayılmışdı: iki cür koreyalı var: alver etməyi bacaran və ölü.

Oliqarxlar da var, ancaq....

Hökumət aclığa qalib gəldikdən sonra kiçik sahibkarlığa şərait yaratdı. Orta sahibkarın ticarət dövriyyəsi 1000 dollardan artıq ola bilməzdi. Ancaq ölkədə oliqarxlar da var, təbii ki, barmaqla sayılacaq qədər.Onların bu pulları necə qazandığı isə sirdir.Ölkə əhalisi isə vəziyyətindən şikayətçi deyil. Onlar başqa sistem arzusunda deyillər və bunun necə ola biləcəyini təsəvvür etmirlər.

Koreyalılara görə onların ölkəsi dünyanın ən yaxşı ölkəsidir. O ki qaldı orduya, təbliğata, nüvə çalışmalarına xərclənən büdcəyə- bunu hər kəs ölkəyə vacib olan məsələ kimi qəbul edir. Və susur...

Xəzər
Cebhe/info
Tarix: 14-05-2017, 17:03
Xəbəri paylaş





Xəbər lenti