Rusiyadan Pxenyana cavab: Savaşa hazırıq

Rusiyadan Pxenyana cavab: Savaşa hazırıq Uzaq Şərqdəki raketdən müdafiə sistemlərimizi hazır vəziyyətə gətirmişik.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Ozerov Şimali Koreya tərəfindən ölkə sərhədinə atılan raketlə bağlı RİA-ya açıqlamasında deyib.

“Rusiyanın bu atışların hədəfində olmadığını bilirik. Lakin istənilən təhdidə qarşı özümüzü qoruyuruq”, - Rusiya rəsmisi bildirib.

Xatırladaq ki, Koreyanın atdığı ballistik raketin buraxıldığı yerdən Yapon dənizinə doğru 800 km uçduğu, Koreya yarımadasından 400 km məsafədə Yapon dənizinə düşdüyü qeyd edilib. Pentaqon isə Rusiya ilə sərhədə 500 km qalmış yerə düşən raketin Yaponiyadan daha çox, Rusiyaya yaxın olduğunu bildirib. İddiaya görə, bu, Rusiyaya qarşı təhdiddir.

Rusiya Müdafiə Nazirliyi hazırda Uzaq Şərqdəki bütün hava hücumundan müdafiə sistemlərinin aktiv döyüş hazırlığında və tam gücü ilə növbə çəkdiyini bildirib.
Tarix: 14-05-2017, 23:25
Xəbəri paylaş





Xəbər lenti