Rus hərbi gəmisi Türkiyə sularına girdi

Rus hərbi gəmisi Türkiyə sularına girdi Rusiyaya məxsus hərbi gəminin heyətinin İstanbul Boğazından keçərkən xüsusi tədbirlər görməsi diqqət çəkib.

Axar.az “Milliyyət”ə istinadən xəbər verir ki, İstanbul Boğazından keçən “Sezar Kunikov” gəmisinin ekipajı çöldə olub, silahlı əsgərlər isə göyərtədə keşik çəkib.

Onları Sahil Təhlükəsizlik Komandirliyinə aid dəniz polisi müşayiət edib. Gəmi İstanbul Boğazından keçişini 1 saata tamamlayıb və Qara dənizə daxil olub.

Qeyd edək ki, Rusiyanın “Liman” gəmisi aprelin 27-də Qara dənizdəki yük gəmilərindən biri ilə toqquşaraq batıb. Gəmi İstanbulun 40 kilometrliyində su dibinə enib. Gəminin 78 nəfərlik heyətini Türkiyə xilas edib.
Tarix: 15-05-2017, 15:55
Xəbəri paylaş





Xəbər lenti