İspaniya qırıcıları Rusiya təyyarəsini «tutmaq» üçün havaya qaldırılıb!

İspaniya qırıcıları Rusiya təyyarəsini «tutmaq» üçün havaya qaldırılıb! AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Estoniya səmasında Rusiya təyyarəsini «qarşılamaq» üçün İspaniyanın iki F-18 qırıcı təyyarəsi havaya qaldırılıb. Emari aviabazasından havaya qalxan təyyarələr Rusiyanın döyüş təyyarəsini sərhəd boyunca müşayiət edib. Bu barədə «La Vanguardia» nəşri yazıb.

Xəbər verilir ki, Rusiya təyyarəsi Kalininqraddan qayıdırmış. İspaniyanın F-18 təyyarələri isə NATO çərçivəsində Baltik ölkələrinin hava məkanında patrul uçuşları missiyasına cəlb edilmiş təyyarələr olub.
NATO-nun bu təyyarələri Emari aviabazasında bu ilin aprel ayında yerləşdirilib.

Siam.az
Tarix: 18-05-2017, 08:31
Xəbəri paylaş





Xəbər lenti