Trampın impiçment olunması gündəmə gətirildi - ABŞ demokratiyası...

Trampın impiçment olunması gündəmə gətirildi - ABŞ demokratiyası... Moderator.az Qərb mediasına istinadən xəbər verir ki, Texas ştatından olan demokrat konqressmen Al Qrin ABŞ prezidenti Donald Trampın impiçmenti haqqında məsələ qaldırıb. Bu barədə konqressmenin mətbuat xidməti məlumat yayıb.

“Mən məhkəmə sisteminə mane olduğuna görə ABŞ prezidentinin impiçment edilməsinə çağırıram. Mən bunu ona görə edirəm ki, bu ölkədə inanırlar ki, ABŞ prezidenti də daxil olmaqla heç kim qanundan yüksəkdə dura bilməz. Bizim demokratiya təhlükə altındadır. Prezident FTB – nin başçısını ona görə azad etməyib ki, o hansısa bir başqası ilə bağlı təhqiqata başlayıb, ona görə ki, məhz prezidentin özü ilə əlaqədar təhqiqat aprıb. Və yalnız onu vəzifəsindən azad edəndən sonra bizə bildirib ki, o təhqiqat barədə sonra məlumat alıb. Biz bunu mütləq yoxlamalıyıq, prezident qanundan yüksəkdə deyil” - deyə Qrin bəyanat verib.

Onun sözlərinə görə, prezident FTB rəhbərini özünün Tvitter səhifəsində hədələyərək yazıb ki, ”Ceyms Komi mətbuata informasiya ötürməzdən əvvəl yaxşı olar əmin olsun ki, onların danışığının heç bir audio yazısı yoxdur“.

Qrin əlavə edib ki, impiçment haqqında məsələnin müzakirəsi Konqres üzvlərinin real vətənpərvərliyini göstərəcək və onun şəxsi rəyinə görə Trampa impiçment elan olunmalıdır.

Konqressmen bildirib ki, Nümayəndələr Palatasının prezidentə impiçmenti hələ onun günahkar olması qənaətinə gəlmək deyil. Prezidentin günahının və günahsızlığının növbəti araşdırılması Senatın səlahiyyətinə daxildir.

Qrin qeyd edib ki, 40 faiz insanlar Trampın impiçment edilməsini dəstəkləyirlər.
Tarix: 18-05-2017, 10:13
Xəbəri paylaş





Xəbər lenti