“İŞİD-i Türkiyəsiz məğlub edə bilmərik”

“İŞİD-i Türkiyəsiz məğlub edə bilmərik” Pentaqonda mәtbuat konfransında danışan ABŞ-ın İŞİD-lә mübarizә nümayәndәsi Makqörk Türkiyә xarici işlәr naziri Mövlud Çavuşoğlunun “terrora dәstәk verir” fikrinә cavab verib. Türkiyәnin әn çox ziyarәt etdiyi ölkә olduğunu xatırladan Brett Makqurk bildirib ki, Türkiyә bizim kritik ortağımızdır vә Türkiyә olmasa İŞİD-i mәğlub edә bilmәrik. Ayrıca Makqörk bildirib ki, Raqqa әmәliyyatından sonra da Türkiyә ilә bölgәdә istiqrarı saxlamaq üçün әmәkdaşlığı davam etdirәcәyik. “Hәr müttәfiq arasında anlaşmazlıqlar olur, amma çox yaxın müttәfiqik vә problemlәri hәr zaman hәll edә bilәrik”

ABŞ baş qәrәrgah rәisi Cosef Danford da bildirib ki, hazırda müttәfiqimiz olan Türkiyәnin narahatlıqlarını anlayırıq, Suriya Demokratik Qüvvәlәrinә verilәn silahların yalnız Raqqa әmәliyyatında istifadә olunmasına nәzarәt edirik vә PKK-nın әlinә keçmәmәsi üçün tәdbirlәr görürük.

azadliq.info
Tarix: 20-05-2017, 07:57
Xəbəri paylaş





Xəbər lenti