İran Trampın səfər etdiyi ölkəyə hücum etdi – Paytaxta “Vulkan” RAKETİ ATILDI

İran Trampın səfər etdiyi ölkəyə hücum etdi – Paytaxta “Vulkan” RAKETİ ATILDI ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərindən öncə İran öz mesajını verib.

Publika.az xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər Ər-Riyad yaxınlığındakı Ər-Rayn şəhərinə ballistik raket atıb.


Səudiyyə Ərəbistanının “SPA” rəsmi xəbər agentliyi ballistik raketin Səudiyyənin Hava Müdafiə Qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.


Qeyd edək ki, husilər dünən axşam Ər-Riyada “Burkan-2” (Vulkan-2) ballistik raket atdıqlarını bəyan etmişdi. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya gücləri isə Yəmənin paytaxtı Sanada Atan dağındakı düşərgələrə 4 hava zərbəsi endirib.

İranın dəstəklədiyi husilərin Ər-Riyada raket atmasını Səudiyyə Ərəbistanına səfər edən Donald Trampa mesaj olduğunu hesab edirlər.

Asif
Tarix: 20-05-2017, 16:24
Xəbəri paylaş





Xəbər lenti