Daha dörd il:Ruhaninin ikinci dönəmdə atacağı addımlar və maneələr - TƏHLİL

Daha dörd il:Ruhaninin ikinci dönəmdə atacağı addımlar və maneələr - TƏHLİL Mark Çampion

"Bloomberg"




Həsən Ruhani şənbə günü, səhər yenidən İran prezidentliyinə seçildiyini öyrəndikdə, ABŞ prezidenti Donald Tramp "Air Force One" təyyarəsində Səudiyyə Ərəbistanına enərərk, Tehranın amansız rəqibinə 100 milyard dollarllıq silah satışı təklifini irəli sürmüşdü.

Heç kim ikinci dönəmədə praqmatik İran din xadiminin üzləşəcəyi problemləri dolğun izah edə bilməz.

Daxili İşlər Nazirliyi tərəfindən açıqlanan nəticələr Həsən Ruhaninin sərt rəqibi İbrahim Rəisini çox rahat məğlub etdiyini göstərdi: 39 faizə qarşı 57 faiz.

O, seçki kampaniyası dövründə daha açıq, firavan və beynəlxalq aləmə inteqrasiya edilmiş iqtisadiyyat vədi ilə çıxış edirdi və bu ismarışlar, belə çıxır ki, İranın gənc və getdikcə çoxalan şəhər əhalisinin qəlbinə yol tapdı.


Lakin Ruhaninin şənbə günü əldə etdiyi mandat istər ölkə daxilində, istərsə də xaricdə çox məhduddur. Qərblə gərginliyin qismən azaldılmasına hesablanmış proqramı həyata keçirmək qabiliyyəti ciddi daraldılıb.

Prezident vəzifəsində Trampın ilk xarici səfər üçün Səudiyyə Ərəbistanı və İsrail seçimi Ruhaninin xaricdə qarşılaşacağı yeni mühiti göstərir.



Qeyri-nüvə sanksiyaları



2015-ci ildə Ruhani ABŞ və digər dünya dövlətləri ilə İranın nüvə yanacağı proqramının dondurulmasını nəzərdə tutan müqavilə imzaladı. Builki seçki kampaniyası zamanı o, ballistik raket sınaqları və insan hüquqları kimi məsələlər üzrə qüvvədə qalan qeyri-nüvə sanksiyalarının ləğvini təmin etmək vədi verdi. Bu, demək olar ki, qeyri-mümkün məsələ kimi görünür. Daha dörd il:Ruhaninin ikinci dönəmdə atacağı addımlar və maneələr - TƏHLİL



Mayın 17-də Dövlət Departamenti sanksiyalara əlavələrin edildiyini bildirdi. Bir gün sonra İsrail baş naziri Binyamin Netanyahunun baş məsləhətçisi dedi ki, hökumət başçısı Trampı İrana qarşı daha çox sanksiya tətbiq etməyə inandıracağına ümid edir.

"Tramp administrasiyası, güman ki, fəal şəkildə eks-prezidenti Barak Obamanın təşviq etdiyi, İrana qlobal investisiya qoyuluşlarına mane olacaq, – Beynəlxalq Sülh Naminə Karnegi Fondu, Vaşinqton Analitik Mərkəzinin İran üzrə mütəxəssisi Kərim Sacadpur deyib. – Artıq Ruhaninin Vaşinqtonda Obama kimi tərəfdaşı olmayacaq. Yaxın Şərqdə Səudiyyə Ərəbistanı və İsrail ilə daha yaxşı əlaqələr İranla daha antaqonist münasibətlər deməkdir''.



Ali Məqamlı Rəhbər



Ruhani ölkə daxilində də məhdudlaşdırılacaq. İranın yarıdemokratiyasında Ayətullah Əli Xamenei ali səlahiyyət sahibidir və öz rolunu 1979-cu il İslam İnqilabının mirasının qorunmasında görür. O, ölkəni xarici şoklara qarşı daha az həssas, həm də Qərb təsirinə az açıq edəcək İran iqtisadiyyatı üçün "müqavimət" modelini dəstəkləyir.

Prezidentə həm də İranın güclü İnqilab Keşikçiləri Korpusu nəzarət edir. Bu korpus isə İsrailə düşmən, İraqdan Suriyaya, Livandan Yəmənə qədər ABŞ və Səudiyyə maraqlarına qəsd edən xarici siyasəti davam etdirəcək kimi görünür.

"Tramp çox aydın mövqedədir və biz də fikirlərimizdə aydın olmalıyıq, – seçkilərdə Rəisiyə dəstək vermiş mühafizəkar Motalefeh Partiyasının Mərkəzi Komitəsinin üzvü Həmidrza Tərəqi bildirib. – Biz bu regionun geosiyasi vəziyyətini həll etmək istəyirik''.

Rəisini bada verən Ruhanini ölkənin təhlükəsizliyini zəif etməsi və iqtidar kimi yumşaq təsvir etmə kimi populist kampaniya oldu. O, 2015-ci ilin nüvə sazişini tənqidə məruz qoydu. Rəisi Qərbin investisiyaları və xarici texnologiya transferini artırmağa dair Ruhaninin planlarını dilənçilik siyasəti adlandırdı.



Mühafizəkarlar üçün çatışmazlıq



Bununla belə, Rəisinin məğlubiyyəti seçicilərin qəti seçimi və yüksək fəallığı ilə İran mühafizəkarlarının çatışmazlıqlarını göstərdi. Ruhaninin indi tədricən artan dəyişikliklər və olduqca böyük enerji müqavilələri üçün daha dörd ili var.

2013-cü ildən fərqli olaraq, İranın mühafizəkar qüvvələri Ruhanini devirməkdən ötrü və ya mandatını zəiflətmək üçün bir namizəd arxasında birləşiblər. Bunun müqabilində, prezident dörd il əvvəlkindən ən azı 4 milyon çox səs qazanıb.

"Rəisi siyasi cəhətdən təcrübəsizdir və uğursuzluğu ilə 77 yaşlı Xameneini əvəz edəcək namizəd kimi özünü yandırdı, – Tehran Universitetinin beynəlxalq münasibətlər üzrə mühafizəkar meylli professoru Fuad İzadi bildirib. – Üstəlik, Rəisi darıxdırıcı namizəd idi. Onun seçki komandası iqtidarı 2013-ci ildə başa çatmış sabiq prezident Mahmud Əhmədinejadın populist şüarlarını əxz etmişdi. O dövrün siyasəti isə insanların xatirəsindən hələ silinməyib".

"Bu, Rəisinin səhv idi, – İzadi deyir. – İnsanlar ondan daha çox şey gözləyirdi".

Amma Ruhani bu ay başqa populist namizədi məğlub etmiş liberal və beynəlmiləlçi, Fransanın yeni prezidenti – İranın Emmanuel Makronu deyil. İranın liberal liderləri 2011-ci ildən bəri ev dustağıdır. Ruhani onların seçicilərinin varisidir, lakin bu şəxsləri ya azad edə bilmir və ya onların azad olmasını istəmir. İranda hələ də qeyri-zorakı cinayətlərə görə hər il yüzlərlə adam gün işığına həsrət qoyulur.


Daha dörd il:Ruhaninin ikinci dönəmdə atacağı addımlar və maneələr - TƏHLİL


İnflyasiyanın zəifləməsi



68 yaşlı din xadimi şahın süqutundan sonra İslam Respublikasının müdafiəçilərindən biri olub. O, inqilabdan sonra İran ordusunun rəhbəri, hava hücumundan müdafiə qüvvələri komandanı, səkkiz illik İran-İraq müharisi zamanı ordu komandanının müavini, daha sonra 16 il Ali Milli Təhlükəsizlik Şurasının katibi olub.

İlk dönəmində Ruhani iqtisadi yüksəlişi sabitləşdirmək və neft hasilatının artırılması ilə inflyasiyanı 30 faizdən 10 faizə qədər endirməyi bacardı. Lakin hazırda onun qarşısında uzun bir yol var. İşsizliyin rəsmi səviyyəsi 12 faizdən yuxarıdır və 25 yaşına qədər olan vətəndaşlar arasında bu rəqəm iki dəfədən çoxdur. İranlılar 10 il əvvəlki kimi daha az ət, düyü və digər zəruri ərzaqlar yeyirlər.

Böyük Qərb bankları hələ də ABŞ-İran barışığı olmadığından multimilyard dollar cərimələrindən əziyyət çəkmək qorxusu ilə üzləşəcək. İnvestisiyalar layihələrin maliyyələşməsinə istiqamətlənib və turistlər kredit kartlarından istifadə edə bilmirlər.

Ruhaninin ikinci müddətə müəyyən etdiyi addımların siyahısı daha iddialıdır. Bura əmlak kreditləri ilə şikəst olmuş bank sisteminin normallaşdırılması, o cümlədən dövlət və öz biznes maraqları olan inqilab keşikçiləri tərəfindən sıxışdırılan özəl sektorun genişləndirilməsi, habelə vətəndaşların hüquq və informasiya azadlığının rəsmiləşdirilməsi daxildir.

"Məncə, ikinci dövrdə Ruhani daha cəsarətli olacaq, – xarici investorlar ilə işləyən "Ara Enterprise" konsaltinq şirkətinin prezidenti Sirus Rəzzaqi bildirib. – Düzü, o, sanksiyaları ləğv etmək üçün nüvə sazişi imzalayacağını deyəndə, səmimiyyətinə inanmadım, amma Ruhani bunu edə bildi. O, artıq İranda edamların əksəriyyətini təşkil edən narkotik cinayətlərinə görə ölüm cəzasının ləğvinə çalışır. Beləliklə, bu ağır mübarizədir, lakin bəlkə də ölkəni sanksiyalardan xilas edə bildi''.

Fuad İzadinin sözlərinə görə, rejimdəki dərin kökləri və parlamentə nəzarət Ruhanini siyasi cəhətdən güclü edir, lakin bu siyasət hələ də Xamenei ilə ciddi mübahisələrdə kara gəlmir.

"Cəmiyyətdə Xamenei üçün ölməyə hazır olan dindar seqment var, – F.İzadi bildirib. – Amma heç kim Ruhaniyə canını fəda etmək istəmir''.



Tərcümə: Strateq.az
Tarix: 22-05-2017, 09:49
Xəbəri paylaş





Xəbər lenti