“Facebook”un moderatoru:“Qərar qəbul etmək üçün bizə cəmi 10 saniyə vaxt verilir”

“Facebook”un moderatoru:“Qərar qəbul etmək üçün bizə cəmi 10 saniyə vaxt verilir” Böyük Britaniyanın “Guardian” qəzeti istifadəçilərin səhifələrinin modernizə olunması barədə “Facebook” sosial şəbəkəsinin daxili qaydalarından bəhs edib.

Nəşr nifrət, terrorizm, irqçilik və kannibalizmin müzakirə olunması halları ilə əlaqədar şəbəkədə hansı məhdudiyyətlərin tətbiq edilməsinə dair 100-dən çox təlimatı nəzərdən keçirib.

Qaydalara əsasən, moderatorlar ilk növbədə konkret şəxslərə qarşı birbaşa təhdid daşıyan paylaşmaları mümkün qədər tez bir zamanda blok etməlidir. Kompaniyanın əməkdaşının nəşrə verdiyi məlumata görə, moderatorlara qərar qəbul etmək üçün cəmi 10 saniyə vaxt verilir.

“Facebook” bütün kontentə nəzarət edə bilmir. Bu, həddən artıq çoxdur və tez bir zamanda peyda olur”, – deyə şirkətin nümayəndəsi qeyd edib.
Tarix: 22-05-2017, 16:48
Xəbəri paylaş





Xəbər lenti