30 il əvvəl 10 funta alınıb, indi bəlli olub ki, qiyməti 456 min dollardır

30 il əvvəl 10 funta alınıb, indi bəlli olub ki, qiyməti 456 min dollardır 30 il əvvəl 10 funta alınan üzük sahibinə 350 min funt (456min dollar) qazandıra bilər. “Sotbis” hərracının ekspertləri üzüyün qaşına bu qiyməti müəyyən edib.
Adı çəkilməyən qadın 26,27 karatlıq brilyantı 1980-ci illərin ortalarında Londonda küçə ticarətçilərindən alıb. O, bunun XIX əsrdə təraşlanan almaz olduğunu bilməyib. Bijuteriya kimi alınan üzüyün qaşında brilyanta xas parıltı olmadığından onun almaz olduğuna heç kim inanmayıb. Üzüyü qadının barmağında görən zərgər onun bahalı almaz olduğunu deyib və bundan sonra üzük hərraca çıxarılıb.

Fizzə
Tarix: 23-05-2017, 07:27
Xəbəri paylaş





Xəbər lenti