İŞİD hücuma keçdi, Putinlə görüş təxirə salındı

İŞİD hücuma keçdi, Putinlə görüş təxirə salındı Filippin prezidenti Rodriqo Duterte və Rusiya prezidenti Vladimir Putinin bu gün Moskvada keçirilməli olan görüşü təxirə salınıb və Rusiya paytaxtına dünən axşam rəsmi səfərlə gəlmiş Filippin dövlət başçısı təcili surətdə öz ölkəsinə qayıtmalı olub.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, artıq Moskvada ikən Duterte Filippinin Mindanao vilayətində hərbi vəziyyət elan edib.

Sözügedən vilayətdə İŞİD terror təşkilatını dəstəkləyən silahlı qruplaşmaların hücuma keçdiyi və bir neçə strateji obyekti ələ keçirdiyi bildirilir.
Tarix: 23-05-2017, 21:29
Xəbəri paylaş





Xəbər lenti