Tramp Rusiyanı hədələdi: "Krımın işğalına görə məsuliyyət daşıyır..."

Tramp Rusiyanı hədələdi: "Krımın işğalına görə məsuliyyət daşıyır..." Rusiya Krımın işğalına və Donbasa müdaxiləsinə görə məsuliyyət daşımalı, Minsk razılaşmasını yerinə yetirməlidir.

Moderator.az xəbər verir ki, bu bəyanatı ABŞ prezidenti D.Tramp İtaliya prezidenti Sercio Mattarelli və baş nazir Paolo Centilioni ilə görüşü zamanı verib. Ağ Evin saytının yaydığı məlumatda deyilr:


“Rusiyanın Krımda və Ukraynanın şərqində etdiyi hərəkətlərə görə məsuliyyətə cəlb olunması barədə Transatlantik güclərin vahid rəyini prezident Tramp təsdiqləmiş, eyni zamanda Minsk razılaşmasına əsasən Rusiyanı götürdüyü öhdəliklərə əməl etməyə inandırmağın əhəmiyyətini qeyd etmişdir”.

Tramp həm də bütün ölkələrinin terrorla mübarizədə birləşmələrinin zəruriliyini bildirib.

Xatırladaq ki, Tramp İtaliyadan Brüsselə - NATO sammitinə gedəcək. ABŞ prezidentinin ilk dəfə olaraq Şimali Atlantika hərbi blokunun sammitində iştirakı və orada verəcəyi bəyanatı həm Rusiya, həm də NATO üzvü ölkələr həyəcanla gözləyir. Türkiyəyə münasibət, İncirlik NATO bazası ətrafında Almaniya ilə Türkiyə arasında yaşanan diplomatik gərginliklə əlaqədar məsələlərin də sammitin müzakirə predmeti olacağı gözləniləndir.
Tarix: 25-05-2017, 10:02
Xəbəri paylaş





Xəbər lenti