“YPG və İŞİD liderləri arasında razılığın əldə olunmasına dair əlimizdə məlumatlar var” – Rusiya MN

“YPG və İŞİD liderləri arasında razılığın əldə olunmasına dair əlimizdə məlumatlar var” – Rusiya MN Suriyada fəaliyyət göstərən Rusiya aviasiyası Rəqqadan Palmira rayonuna çıxmaq istəyən 120 İŞİD silahlısını məhv edib.
Avropa.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib:

“Endirilən zərbələr nəticəsində İŞİD-in itkisi üzərinə irikalibrli pulemyotlar quraşdırılmış 32 pikap, 120 terrorçu təşkil edib”.
Məlumatda qeyd olunur ki, İŞİD-in 39 pikapdan ibarət silahlı kolonu 25 may tarixində Rusiya HKS qüvvələri tərəfindən aşkarlanaraq məhv edilib.
Rusiya MN-dəki mənbənin sözlərinə görə, onların əlində İŞİD silahlıları üçün təhlükəsiz “cənub koridoru”nun açılması ilə bağlı Rəqqa və YPG/PKK liderləri arasında razılığın əldə olunmasına dair məlumatlar var.
“Palmira rayonuna tərəf gedəcəkləri təqdirdə İŞİD silahlılarına Rəqqanı maneəsiz şəkildə tərk etmək imkanı yaradılıb. Bu məlumat əldə olunduqdan sonra İŞİD-çilərin cənub istiqamətində hərəkət etməsinin qarşısının alınması üçün fəaliyyətə keçilib” – mənbə belə deyib.
Tarix: 27-05-2017, 15:35
Xəbəri paylaş





Xəbər lenti