Rusiyadan kürdlərə qulaqburması: İŞİD-lə gizli anlaşma aşkarlandıqdan sonra Suriyada yeni tablo yaranır? - TƏHLİL

Rusiyadan kürdlərə qulaqburması: İŞİD-lə gizli anlaşma aşkarlandıqdan sonra Suriyada yeni tablo yaranır? - TƏHLİL Debka.com

Rusiya prezidenti Vladimir Putin Suriyada İran və Türkiyə ilə birlikdə qurulmuş hərbi ittifaqı gücləndirmək üçün hərəkətə keçib. O, dörd gün ərzində sünni ərəb bloku yaratmağa nail olan prezident Donald Trampın Yaxın Şərqdə möhtəşəm uğuruna müqabil olmalıdır.

Bu çətin işdir. Putinin müttəfiqləri Suriya-İraq sərhədinə nəzarət edərək, ABŞ, Qərb və İordaniya xüsusi qüvvələri tərəfindən dəstəklənən Suriyanın üsyançı qüvvələrinin qarşısını almaq üçün hərəkətə keçməyi tələb edir. Rusiya lideri Amerika qoşunları ilə silahlı toqquşma olmadan müttəfiqlərinin istəyini təmin etmək üçün bir yol tapmalı idi.

Mayın 27-də Tramp doqquz günlük səfərini başa çatdırıb evə uçduqda, Putin iki müttəfiqi – Türkiyə prezident Tayyib Ərdoğan və yenidən seçilmiş İran prezidenti Həsən Ruhani ilə bu dilemmanı çözdü.

Bundan üç gün əvvəl Moskvaya gəlmiş İranın Milli Təhlükəsizlik katibi Əli Şəmxani Rusiya prezidentinə ali dini lider Ayətullah Əli Xamneinin ismarışını çatdırdı: Amerika xüsusi qüvvələri və müttəfiqləri tərəfindən Deyr əz-Zor əyalətinin şərq hissəsinin və Suriya-İraq-İordaniya sərhədindəki üçbucaqda Əl-Tanf keçidindən ələ keçirilməsinə son qoyulmalıdır.

Şəmxani xəbərdarlıq edib ki, sürətli hərəkət olmadan amerikalılar İran və Rusiya qüvvələrinin Dəməşq-Bağdad yoluna çıxışının qarşısını alacaqlar.

Rusiya lideri şənbə günü telefon danışığı zamanı Ərdoğana "muştuluq" verdi.

"DEBKAfile"ın hərbi mənbələri bildirir ki, Putin İŞİD-in de-fakto Suriyadakı paytaxtı Raqqanın şimalındakı hava məkanını bağlamaq və xüsusi qüvvələrlə mühasirə tətbiq etmək qərarına gəlib. Rusiya komandirləri hazırda bu əmri icra edirlər.

Bu addım əslində, hərbi toqquşma olmadan strateji Suriya-İraq sərhədində Amerikaya məxsus təşəbbüs idi.

Niyə Raqqa?

Birincisi, şəhər Amerika mövqelərdən uzaqda olan şimal ərazisindədir.

İkincisi, Rusiya kəşfiyyat kürd qrupların daxil olduğu "Suriya Demokratik Qüvvələri" (SDF) ilə İŞİD arasında anlaşmanı aşkarlayıb. Həmin anlaşma ilə "cihadçılar" öz qalalarından təhlükəsiz şəkildə cənuba hərəkət ediblər.

Beləliklə, Raqqanın Rusiya tərəfindən mühasirəsi cənubda ABŞ qüvvələri ilə birbaşa toqquşmanın qarşısı alınmaqla, ABŞ-ın dəstəklədiyi SDF və kürdlərə qarşı hərəkət idi: Putin Suriyanın şimalında ABŞ-a qarşı Rusiya dəstəklədiyi istinad nöqtəsi yaratdı.

Ərdoğana telefon zəngindən dərhal sonra Moskva bildirdi: "Rus kəşfiyyatı terrorçuların mümkün təxliyə marşrutlarına nəzarət etmək üçün dronlar, döyüş təyyarələri və xüsusi təyinatlılardan istifadə etməklə, Raqqa ətrafında perimetri müəyyən ediblər". Hesabatda qeyd olunur ki, İŞİD döyüşçülərinin şəhəri tərk etmək üçün istənilən cəhdinin qarşısı "darmadağın edilməklə alınacaq".

Putinin Suriyadakı manevri üç məqsədə nail olmaq üçün nəzərdə tutulub:

1. Cənubda, Suriya-İraq sərhədində Amerikanın mövcudluğunu tarazlaşdırmaqdan ötrü ruslar sərhədin şimal hissəsinin nəzarətlərini təsdiq etmək.

2. Prezident Tramp terrorizmlə mübarizəni doqquz günlük səfərininin qayəsi etsə də, Amerika qoşunlarının və onların müttəfiqlərinin bu missiyadan kənara çıxdığını göstərmək və onlarla müqayisədə İŞİD terrorçularına qarşı mübarizdə rus ordusunun fərqini nümayiş etdirmək.

3. Amerikalılar ilə döyüşə girmədən ABŞ-ın Suriyanın şimalındakı kürd müttəfiqlərinin qulağını burmaq.


Tərcümə: Strateq.az
Tarix: 30-05-2017, 10:52
Xəbəri paylaş





Xəbər lenti